Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 02:58

Bəxtiyar Hacıyev: ‘DİN-dən aldığım xəbərdən dolaşıq hislər keçirdim’


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev “texniki səhv”ə görə ölkədən buraxılmayıb. Bu barədə Bəxtiyar Hacıyev özü məlumat verib. B.Hacıyev deyib:

“Daxili İşlər Nazirliyindən zəng edib ölkədən buraxılmamağımla bağlı qadağanın “texniki səhv” olduğunu, artıq ölkədən gedə biləcəyimi bildirdilər”.

B.Hacıyev DİN-dən aldığı xəbərlə dolaşıq hislər keçirdiyini ifadə edib.

Buna da bax:​ B.Hacıyevin ölkədən çıxışına icazə verilməyib

B.Hacıyev sentyabrın 18-dən 19-na keçən gecə ATƏT-in illik toplantısında iştirak etməkdən ötrü Polşaya getmək istəyərkən aeroportda saxlanılmış, geri qaytarılmışdı.

“Çox pis hissdir, qadağanın götürülməsinə sevinməklə Varşavadakı tədbirə vaxtında gedə bilməməyə görə üzülmək bir-birinə qarışıb”, bloqçu deyib.

B.Hacıyev sentyabrın 18-dən 19-na keçən gecə ATƏT-in illik toplantısında iştirak etməkdən ötrü Polşaya getmək istəyərkən aeroportda saxlanılmış, geri qaytarılmışdı. Ona hava limanında ölkədən çıxışına qadağa qoyulduğunu demişdilər.

O zaman Daxili İşlər nazirliyi olayı şərh etməmişdi.

Buna da bax:​ 'Azərbaycanda fəallar referendum öncəsi saxlanır'

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında da saxlanmışdı. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

XS
SM
MD
LG