Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:23

Avtomobillərin texniki baxışı yenə bahalanır. Niyə?


Qarabağ əlillərindən SOCAR-a ittiham: Torpaq satırlar
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Qarabağ əlillərindən SOCAR-a ittiham: Torpaq satırlar

Azərbaycanda avtomobillərin texniki baxışa görə dövlət rüsumu 10 manat artırılır.

Dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması ilə bağlı qanuna dəyişiklik layihəsini parlament birinci oxunuşda qəbul edib. Yeni rüsumun 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

AzadlıqRadiosu Bakı sürücülərinin fikirlərini öyrənib:

Texniki baxış rüsumunun artrılmasına sürücülərin münasibəti
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Azərbaycanda avtomobillər istehsal olunduqları vaxtdan 4 il keçdikdə, 2 ildə 1 dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə isə, ildə 1 dəfə texniki baxışdan keçməlidir.

Amma rüsumun artırılması sürücülərin narazılıq etdiyi yeganə məqam deyil. Bizimlə söhbətləşən sürücülər ümumiyyətlə, texniki baxış prosesinin özündən gileylidilər.

Məsələn, 28 ilin taksi sürücüsü İlqar Əliyev deyir ki, avtomobillərin texniki baxışdan keçirilməsi ilə məşğul olan Dövlət Yol Polisinin idarəsinin şöbələri məhduddur. Ora gedəndə xeyli növbədə gözləməli olursan.

Başqa bir sürücü Elman Vəlixanovsa deyir ki, saatlarla növbə bir yana, 50 manat vermədən maşını texniki baxışdan keçirmək mümkün olmur:

“Texniki baxış ümumiyyələ olmur. Gedirsən, 50 manatını alırlar deyir “getdin”. Almayana kimi əl çəkmirlər. Baxırlar maşına deyirlər filan-filan problemlər var. Sonra da deyirlər ki, bir də gedib bunları düzəldib təzədən bura qayıtma. Elə 50 manat ver get. Texniki baxışın prosesi belədir ki, əvvəl rayonlarda yol polisi şöbələrinə həll edirdik. İndi ancaq Zabrata, Maşatağa yoluna getmək lazımdır. ELə ora gedib çıxmağa da bir aləm xərc çəkirik. Üstəlik orda da saatlarla növbədə qalırıq”.

Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev növbələrin olması ilə bağlı sürücülərin iradları ilə razılaşır.

Onun sözlərinə görə, elə dövlət rüsumunun artılmasında əsas məqsəd də müayinə stansiyalarının xidmət imkanlarının genişləndirilməsi, növbə gözləmədən avtomobillərin texniki baxışdan rahat keçirməsidir. Amma o, avtomobillərin texniki baxışdan keçirilməməsi, sürücülərdən dövlət rüsumundan artıq vəsaitin tələb olunması ilə bağlı deyilənləri qəbul etmir:

“Belə halların olması qeyri-mümkündür. Çünki hər avtombil texniki baxışdan keçməlidir ki, elektron qaydada talonlar ala bilsin. Düzdür, əvvəllər belə hallar olub, texniki baxışdan keçmədən saxta talonlar alınıb. Amma indi bu mümkün deyil, çünki talonlar qeydiyyatdan keçmiş avtomobillərə elektron qaydada təqdim olunur”.

Kamran Əliyev deyir ki, elə texniki baxışdan keçməyən avtomobillər də elektron qaydada müəyyənləşdirilir. Avtomobilini vaxtında texniki baxışdan keçirməyən sürücülər İnzibati Xətalar Məcəlləsinə əsasən 50 manat cərimələnir.

Nəqliyyat eksperti, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli isə bildirir ki, bu gün respublikada, eləcə də paytaxt Bakıda istifadəyə yararsız avtomobillər var.

Onun sözlərinə görə, talonların verilməsi elektronlaşdırılsa da, texniki baxışdan keçirənlər, polis işçiləridir və prosesin özü qeyri-şəffafdır. Amma Avropa ölkələrinin bir çoxunda bu işi polislər yox, lisenziya almış avtomobil təmiri xidmətləri həyata keçirir:

“Fikir vermisizsə, Azərbaycan yollarında istismar müddəti başa çatmış nəqliyyat vasitələrindən istifadə olunur. Elə maşınlar var ki, “kuza”, motor hissəsi dəyişdirilib. Bakının özündə də 70-80 ci illərdən qalma maşınlar var. Adam kənardan baxanda vahimələnir ki, indicə aşacaq. Bu cür maşınların istismarda olması bir daha texniki baxış prosesinin qeyri-şəffaf keçirilməsinə əyani sübudur”.

İlqar Hüseynli deyir ki, texniki baxışlarla bağlı informasiya elektronlaşdırıldığından, radarlar texniki baxışdan keçməyən avtomobilləri asanlıqla müəyyənləşdirir. O bu baxımdan yollarda istifadə olunan belə avtomibillərin texniki baxışdan keçmədən sürülməsini ehtimal etmir. Əks halda hər radara düşdükdə, 50 manat cərimə yazıla bilər.

Texniki baxışın mahiyyəti nəqliyyat vasitələrinin istismara yararlılığını yoxlamaqdır. Yoxlama nəqliyyat vasitəsində hansısa nazasızlıq varsa, onun aradan qaldırılması məqsədini daşıyır.

Burada əsas məqsəd həm də qəzaların qarşısını almaqdır. İlqar Hüseynli bu baxımdan düşünür ki, sürücülərin özləri də avtomobillərini vaxtlı-vaxtında, dəqiqliklə texniki baxışdan keçirməyə maraqlı olmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG