Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:11

Dövlət tələbələrə niyə bu qədər xəsislik edir?


Elektrik stansiyaları niyə partlayır?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Elektrik stansiyaları niyə partlayır?

Hökumət Azərbaycanda ali təhsilin əlçatan olmasına necə yardım edə bilər?

Təkliflərdən biri budur ki, tələbələrə güzəştli şərtlərlə təhsil krediti verilsin.

Deputat Qənirə Paşayeva Milli Məclisin noyabrın 14-də keçirilən iclasında deyib ki, xüsusilə regionlardan gələn gənclərin təhsil haqqını ödəmək çətinliyi var:

“Onlarla gəncimiz gəlir təhsil haqqını ödəməkdə çətinlik çəkdikləri üçün ali təhsil müəssisələrini yarımçıq qoyurlar. Təhsil haqqını ödəmək kəndlərdə, bölgələrdə yaşayan ailələr üçün asan məsələ deyil və ona görə də bu məsələyə də baxılmasını xahiş edirik”.

Texniki Universitetin magistrı Fariz İsayev deyir ki, hazırda pullu təhsil alır və təhsil haqqını tapmaq onunçün çətindir:

“Mən qəbul olan il keçid balları qalxdı, bunu gözləmirdim. Universitetdən xahiş etdim ki, yardım etsinlər, çünki gözləmirdim. Amma dedilər ki, bizlik bir şey deyil, yuxarıdan qərar verilib. Çox çətinliklə, faizlə borc pul tapıb verdim. Bu problem aradan qalxmalıdır”.

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin direktoru Kamran Əsədov deyir ki, Azərbaycanda belə gənclər çoxdur. Çətinlik həm də ona görə yaranır ki, təhsil haqları yüksəkdir, illik 2 min manat civarındadır, buna isə hər adamın gücü çatmır. Kamran Əsədov deyir ki, təhsilin əlçatan olması dövlətin elan etdiyi məqsəddir və buna nail olunmalıdır:

“Azərbaycanda ali təhsilli insanların sayı azdır, vətəndaşların cəmi 17 faizi ali təhsillidir. Bu da dövlətin qarşısına qoyduğu konsepsiyanın həyata keçməməsi deməkdir. Yəni, dövlət istəyir ki, onun ali təhsilli vətəndaşlarının sayı çox olsun. Ona görə də dövlət təhsil haqlarının ödənilməsi fonunda dəstək durmalıdır. Məsələn, Türkiyə təcrübəsindən yararlanmaq olar. Türkiyədə 7 milyon tələbə təhsil alırsa, bunun 1 milyonu dövlətin ayırdığı kreditləri hesabına öz təhsil haqlarını ödəyirlər. Azərbaycanda isə bu mexanizm yoxdur”.

Şərifov qorxur ki, kreditləri qaytarmazlar

Bəs hökumətin bu təklifə cavabı nədir? Maliyyə naziri Samir Şərifov təhsil kreditləri ilə bağlı öz narahatlığını səsləndirib.

O Milli Məclisdə bu ay, büdcə ilə bağlı müzakirələrdə deyib ki, təhsil kreditləri verilərsə, bu kreditlərin qaytarıla bilməməsindən narahatdır:

“Təhsil kreditləri ilə bağlı problem ondadır ki, bu krediti alanların sonradan onu qaytarması böyük sual doğurur. Banklar bu riski öz üzərlərinə götürmək, təhsil krediti vermək istəmir. Dövlət təhsil kreditləri üçün vəsait ayırsa, bəri başdan qəbul etməliyik ki, həmin kreditlər qaytarılmayacaq. Hələki, mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var, amma deməzdim ki, onlar bu problemi kütləvi həll edəcək”

Samir Şərifov
Samir Şərifov

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin direktoru Kamran Əsədovun fikirncə nazir kreditlərin qaytarılmasından ona görə narahatdır ki, məzunların iş tapıb kredit qaytarmasının problem olacağını düşünür.

Onun sözlərinə görə, krediti qaytara bilməmək təcrübəsi hər yerdə ola bilər və ABŞ-da da var, bununla belə dövlət, kiçik – 1-2 faizlə, uzun müddətə kreditlərin alınmasını təşkil etməlidir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Dövlət ödənişli təhsil alan tələbələri necə dəstəkləsin?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Bir çox Avropa ölkələrində isə dövlət dilində ali təhsil əsasən pulsuzdur.

Rəsmi məlumata görə, Azərbaycanda hazırda tələbərin 70 faizdən çoxu ödənişli əsasla təhsil alır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG