Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:52

Ekspert: 'Köçürülmələrlə bağlı müraciətlərin 99 faizindən imtina olunur' [video]


Bakıda etiraz - Yolu bağlayan sakinlər qaz tələb etdilər
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Bakıda etiraz - yolu bağlayan sakinlər qaz tələb etdilər [A-Live]

Tələbələrin köçürülməsi necə aparılsın? Məsələn, Dağıstan və ya Ukrayna universitetlərinin birində attestatla universitetə qəbul olunmuş bir tələbə sonradan Azərbaycana qayıdıb imtahansız Bakıdakı universitetlərin birində təhsilə davam edə bilərmi?

Təhsil nazirliyi, fevralın 1-dən 7-nə qədər, köçürülmə ilə bağlı sənəd qəbuluna başlayır. Universitetini, fakültəsini dəyişmək istəyənlər transfer.edu.az saytına daxil olub, bu müddət ərzində sənədlərini təqdim edə bilərlər.

Təhsil Nazirliyinin ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib ki, yaxın qonşu ölkələrin birində ali məktəbə attestatla qəbul olunmuş 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır, amma onların köçürülməsi üçün şərtlər olduqca ağırdır, bunun üçün ailənin ciddi sosial problemləri, sağlamlıq vəziyyəti kimi əsaslar olmalıdır.

Buna da bax: Mikayıl Cabbarov vergilər naziri oldu [reaksiyalar]

Milli Elmlər Akademiyasının əməkdaşı, Təhsil xidmətləri araşdırma mərkəzinin rəhbəri Kamran Əsədov deyir ki, Azərbaycanlı tələbələrin böyük əksəriyyəti əsasən Dağıstanda, Ukrayna və Türkiyənin müxtəlif universitetlərində təhsil alırlar:

"Ölkə xaricindən köçürülmələrlə bağlı müraciətlərin 99 faizindən imtina olunur. Bu da ədalətlidir, çünki onların seçimi xarici ölkə olub. Bu halda ciddi səbəb olmalıdır - ya səhhətlərində ciddi problem olmalıdır ki, onlar təhsillərini burda davam etdirə bilsinlər".

Azərbaycanın daxilində isə başqa ixtisaslara və universitetlərə köçürülmək istəyənlər əsasən oxuduğu ixtisasdan narazı qalanlardır.

Buna da bax: Tələbələr zorla təqaüddən imtina ərizəsi yazmağa məcbur edilir

Azərbaycanın korrupsiya reytinqinin aşağı olduğunu nəzərə alanda, köçürülmə nə qədər şəffaf olacaq?

Kamran Əsədov deyir ki, 2015-ci ilə qədər bu prosesdə problemlər var idi – məsələn, xalq çalğı alətləri üzrə təhsil alan tələbə, tarix fakültəsinə transfer ola bilirdi. Onun sözlərinə görə, indiki sistem daha sərt və şəffafdır:

Kamran Əsədov
Kamran Əsədov

"Universitetlərin diplom vermək sayı dövlət imtahan mərkəzinin verdiyi diplom nömrələrinin sayı ilə müəyyən olunur. Adamların başqa yollarla diplom əldə etməsi sonradan işə qəbul zamanı problem yarada bilər. Həqiqətən də Dövlət İmtahan Mərkəzinin rəhbəri mətbuata demişdi ki, 24 mindən çox adamın diplomu Dövlət İmtahan Mərkəzində qeydiyyatdan keçməyib".

Kamran Əsədov bildirir ki, ölkə daxilində köçürmələrin qaydası sərtdir, bunun üçün tələbənin yığdığı bal, köçmək istədiyi ixtisasın qəbul balından az olmamalıdır.

Onun sözlərinə görə, bu ildən etibarən, Bakıda təhsil alan tələbə regionlardakı istənilən universitetə heç bir tələb olmadan köçə biləcək.

Buna da bax: Büdcə layihəsində tələbə təqaüdləri vəsaiti azaldılıb - bu nə deməkdir? [video]

Müəllimlərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Nabatəli Qulamoğlu isə deyir ki, indiki qaydalar elədir ki, faktiki olaraq yaxın ölkələrin universitetindən Azərbaycana köçürmə əldə eləmək ya mümkün deyil, ya da çox çətindir. Onun fikrincə, əgər belə hal baş verirsə, demək, burda qeyri-qanuni yollara əl atılıb.

Nabatəli Qulamoğlu deyir ki, tələbələr həm də ona görə köçürmə əldə etmək istəyirlər ki, onların xaricdə alacaqları diplomun Azərbaycanda tanınması problemli olur.

Təhsil Nazirliyinin məlumatında deyilir ki, köçürülmə üçün tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer almalıdır, üstəlik, bu təhsil yalnız əyani aparılmalıdır.

Buna da bax: “Azərbaycan müəllimləri regionda ən aşağı əməkhaqqı alır”

Tələbə əgər Azərbaycanın Dövlət İmtahan Mərkəzi Universitetinin təşkil etdiyi imtahanda iştirak etməyibsə, onun beynəlxalq səviyyəli imtahan nəticələri lazımdır – Yəni, SAT, TOEFL, IELTS üzrə balı, indi oxuduğu universitetdə qənaətbəxş göstəricisi.

Başqa bir şərt odur ki, tələbənin akademik göstəriciləri yaxşı olmalıdır.

Nabatəli Qulamoğlu
Nabatəli Qulamoğlu

deyir ki, köçürmələr üçün sərhədləri açmaq, həm də iqtisadi səbəblərlə bağlıdır:

"İndi narahatdırlar ki, bizim bu qədər tələbə gedib xarici ölkənin iqtisadiyyatına pul qoyur. Bu pulu ölkə daxilində də xərcləyə bilər".

Nabatəli Qulamoğlu deyir ki, ola bilsin ki, dövlət yaxın ölkələrdə təhsil alan həmin 15 min tələbəni ölkəyə geri qaytarmaq istəyir.

Bəs Azərbaycanın özündə təhsilin səviyyəsi necədir? Bu sualı Bakı sakinlərindən soruşmuşuq:

Ali təhsilin keyfiyyətindən razısızmı?
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Buna da bax: Açıq danışmaq istəməyən tələbələr deyirlər ki... [video]

Keçən yay Böyük Britaniyanın "Quacquarelli Symonds" şirkəti 2018-ci il üçün dünya universitetlərinin reytinqini açıqlamışdı. Azərbaycandan bura iki universitet düşüb:

Xəzər Universiteti 701-750-ci, Bakı Dövlət Universiteti isə 801-1000-ci yerləri bölüşdürür. Bakı Dövlət Universiteti ötən illə müqayisədə 100 pillə geriləyib, Xəzər Universiteti isə yerini qoruya bilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG