Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 14:00

Təbriz teatrının rəhbəri Bakıda


Təbriz teatrının rəhbəri Babək Nəhreyn Azərbaycan Dövlət Musiqili Teatrında

İranın məşhur komediya aktyoru, Təbriz teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Dövlət Musiqili Teatrının mətbuat xidmətindən AzadlıqRadiosu-na verilən xəbərə görə, qonağı teatrın direktoru Əliqismət Lalayev qəbul edib.

Qonaq Təbrizdə internet vasitəsilə teatrın müxtəlif tamaşalarını izlədiyini bildirib: “Tərtibatına, quruluşuna, aktyorların ifasına heyran olduğum bu tamaşalar məndə çox böyük, həm də xoş təəssürat yaradıb. Özümə söz vermişdim ki, mütləq sizin teatrla əlaqə yaradım. Buna görə də, Azərbaycana ayaq basan kimi ilk işim sizin teatra gəlmək oldu”.

Buna da bax:​ Bakıda Beynəlxalq Teatr konfransı öz işinə başlayıb

Babək Nəhreyn Dövlət Musiqili Teatrında yaradılmış şəraiti çox bəyəndiyini söyləyib: “Bu binaya daxil olan kimi insan anındaca böyük, əzəmətli bir sənət məbədində olduğunu hiss edir”.

İşgüzar şəraitdə keçən görüşdə əməkdaşlıq, qarşılıqlı festivalların keçirilməsi və tamaşaların hazırlanması, lentlərin, tarixi sənədlərin, elmi nəşrlərin, kitab və məlumatların mübadiləsi, səhnə əsərlərinin tərcümə və çapı və digər məsələlər müzakirə olunub.

Buna da bax: Dərbənddə bir Azərbaycan teatrı, o necə qorunur?

Görüşdə iştirak edən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi iki ölkə arasında mədəni əlaqələrin getdikcə daha da sürətlə inkişaf etdiyini söyləyib: “Belə görüşlərin müntəzəm keçirilməsinin hər iki ölkə teatr sənətinin uğur qazanması baxımından çox böyük əhəmiyyəti var”, - deyə S. İ. İbrahimi vurğulayıb.

XS
SM
MD
LG