Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:44

Bakıda Beynəlxalq Teatr konfransı öz işinə başlayıb


IV Bakı Beynəlxalq Teatr konfransı
IV Bakı Beynəlxalq Teatr konfransı

Noyabrın 7-də Dövlət Musiqili Teatrında “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr konfransı öz işinə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qurumun, Teatr Xadimləri İttifaqı və AMEA-nın təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gerçəkləşdirilən konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər.

Buna da bax:​ Bakıda növbəti beynəlxalq teatr konfransı düzənlənəcək

Təntənəli açılış mərasimi incəsənət ustalarının təqdim etdikləri teatr tamaşalarından səhnələr, musiqi nömrələri, Azərbaycan teatrının mənzərəsini əks etdirən mini-tamaşa ilə başlayıb. Səhnədə quraşdırılan monitorda Azərbaycan teatrının keçmişini əks etdirən videomaterial nümayiş olunub.

Açılışdan sonra IV Bakı Beynəlxalq konfransı günün ikinci yarısında plenar iclaslarla öz işini davam etdirib. İclaslarda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Buna da bax:​ Teatr mükafatları veriləcək

Çıxışlarda multikulturalizmin reallıq olduğu, teatrda təcəssümü, bu yolda problemlərin həlli yollarına toxunulub.

Məruzələrdə vurğulanıb ki, səhnənin mənəvi gücünü heç bir digər vasitə əvəz edə bilməz və bütün teatr adamları bu təsiri ötürərək gələcək nəsilləri dostluğa və qardaşlığa səsləməyi bacarmalıdır.

Sabah konfrans işini davam etdirəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG