-
Noyabrın 7-8-də Bakıda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu barədə məlumat Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının (IFTR) saytında yer alıb.
Nazirliyin təşkilatçılığı ilə gerçəkləşdiriləcək konfrans «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramının icrası çərçivəsində təşkil ediləcək.
Beynəlxalq teatr konfransının əsas məqsədi dünyanın hər yerindən aparıcı nəzəriyyəçilər, alimlər, rejissorlar və prodüserlərə müasir teatrın imkanlarını, qarşılaşdığı problemləri müzakirə etmək üçün platforma yaratmaqdır.
Builki konfransın mövzusu «Multikulturalizm və teatr» olacaq.
Konfransın işçi dilləri ingilis, rus və Azərbaycan dilləridir.
Noyabrın 6-da və 9-da beynəlxalq ekspertlər tərəfindən ustad dərsləri və treninqlər keçiriləcək.
Artıq IV Bakı Beynəlxalq Teatr Konfransı haqqında məlumat Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının saytında da yer alıb.