Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:52

Tanınmış aktyorlardan məsləhətlər


Kino
Kino

Teatr, TV və kinoda çalışan ən çalışqan aktyorları tanıyır, izləyir və heyranlıq duyuruq. Onların ən son layihələrini, oyun tərzlərini, hər yeni layihə ilə üfüqlərini daha da genişləndirmələrini müzakirə edirik. Aktyorluq karyerasına başlamaq arzusunda olanlarsa onların məsləhətlərini eşitmək istərdi.

Nyu-York və Los-Ancelesdə çıxan «Backstage» jurnalı 2014-cü ildə tanınmış aktyorların bu sənətə yeni qədəm qoymuş insanlara məsləhətlərini dərc edib.

«Looking» və «Frozen» kimi filmlərdə rol almış amerikalı aktyor və müğənni Jonathan Groff bu işdə sevinc tapmağı, ondan həzz almağı tövsiyə edir.

«Teatrı öyrənin»

Tanınmış səs və dublyaj ustası Keith David-in məsləhəti isə belədir: «Öyrənmək, öyrənmək, öyrənmək».

«Teatrı öyrənin, çünki teatr sizin görə biləcəyiniz ən böyük təlim meydanıdır», - o deyib.

«12 Years a Slave» filminin ulduzu Lupita Nyong'o həqiqi kəşflər etmək üçün uğursuzluq riskindən qorxmamağı tapşırır: «Aktyor olaraq siz yenidən başlamağın ustası olursunuz. Hər bir yeni rol sizə cahillik və təhlükə hissi gətirir və siz o rola eyni maraq və itaətlə yanaşmalı olursunuz. Mən daim həyəcan keçirirəm. Bu işi neçə dəfə görməyimdən asılı olmayaraq. Ancaq özümə xatırladıram ki, bu, işə can yandırdığım üçün belədir».

«Of Mice and Men» müziklinin ulduzu James Franco rejissora inanmaqda fayda görür. O, rejissorla yaxından çalışmağın əhəmiyyətini vurğulayıb: «Bir personajı dizayn edəndə bunu rejissorla birlikdə edirəm. Ona özümün yox, rejissorun yaradıcılığının məhsulu kimi baxıram. Özü də, əgər rolu yaxşı oynasam, uğurun 50%-ni rejissora aid edirəm. Birgə iş mühitində çalışmağın yolu budur».

50 illik səhnə və ekran təcrübəsi olan Patrick Stewart görülən işə qarşı diqqətli olmağı məsləhət görür: «Aktyor olmağın həqiqətən gözəl tərəflərindən biri qazanılan heç bir təcrübənin hədər getməməsidir».

«Personajın oyunla səsləşməsi üçün öz şəxsi təcrübəndən çıxış et», – LaTanya Richardson belə deyib.

«Öz nənəm də daxil olmaqla, həyatımda tanıdığım çox sayda qadını homogenizə etməyə çalışıram. Bunu daha müasir həyata proyeksiya etməyə çalışıram ki, aktuallığını itirməsin», – o deyir.

Rolu «özününküləşdirmək»

«Veep» filmində rol almış aktyor Timothy Simons isə rolu «özününküləşdirmə»nin əhəmiyyətini vurğulayıb. O, aktyorlara rola başqalarının yox, öz şəxsi prizmalarından yanaşmağı söyləyir: «Siz özünüzü rejissorun icad etdiyi və sonradan kastinq rejissorunun təfsir etdiyi arxetiplərə uymağa məcbur etməməlisiniz. Bununla bağlı öz baxışınız varsa, belə də davam edin, çünki başqasının baxışı ilə davam etməyin mənası yoxdur».

«Violet» filmindəki rolu ilə tanınan Joshua Henry aktyorlara öz daxili unikallıqlarını paylaşmağı məsləhət görür: «Hər birimizin daxilində öz musiqimiz, istedadımız var. Necə istəyirsiniz, elə də adlandırın. Siz onunla davam etməlisiniz. Özünüzlə göstərməyə xüsusi bir şeyiniz varmış kimi davranmalısınız».

«Person of Interest» filminin ulduzu Michael Emerson qətiyyən çarəsizliyə qapılmamağı tövsiyə edir: «Darvaza qarşısında oturmuş dilənçi, masadan çörək qırıntıları götürmək istəyən çarəsiz, köməksiz yeniyetmə kimi düşünməkdən qurtulmaq lazımdır. Bir məqamda öz gücünüzü anlayıb deməlisiniz ki, «bilirsən nə var, bu məndə yaxşı alınır»».

«Into the Woods» filmindəki rolu ilə tanınan Emily Blunt-sa «qalın qabırğalı» olmaqdan danışır. Onun sözlərinə görə, aktyor həyat tərzi əksər insanlar üçün çox çətindir. «Bacardığınız qədər gönüqalın olmalısınız. Kərgədan kimi. Bu çox şəxsi peşədir. Ona görə dəbilqənizi taxın», - o deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG