Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Ssenaristlərin 99 faizi bunu edə bilmir


Film çəkilişi
Film çəkilişi

Ssenari məsləhətçisi Jill Chamberlain yeni videosunda ssenaristlərin 99%-nin ssenaridə bir mühüm məqamı gözdən qaçırdığını iddia edir.

Nofilmschool saytı yazır ki, bütün yazıçılar səhvlərə yol verir. Hətta bir çox yazıçılar ssenari yazmanın spesifik bir aspekti ilə bağlı çətinlik çəkəndə daha təcrübəli dostlarının köməyinə müraciət edirlər. Jill Chamberlain-in «Film Courage» saytına müsahibəsi də məhz bu baxımdan maraqlıdır.

Müsahibədə Chamberlain iddia edir ki, ssenaristlərin 99%-i eyni hərəkəti edir. Daha sonra o bunun nə üçün səhv olduğunu izah edir.

«Çünki ağacı»

Jill Chamberlain «The Nutshell Technique» kitabının müəllifidir. Sözügedən müsahibədə o öz nəzəriyyəsindən danışır.

Chamberlain hesab edir ki, kinossenaristlərin 99%-i hekayə danışmır, sadəcə, vəziyyəti təsvir edir. Loru dildə desək, maraqlı personajlar və dialoqlarla dolu səhnələriniz olsa belə, onlar vahid bir hekayədə olmalı olduğu kimi bir-birinə uyğun gəlmir. Hekayələr «çünki» xarakterli reaksiyalar zənciri şəklində bir-birinə bağlı olmalıdır. Situasiyalarsa sadəcə sonluğa çatanadək bir-birinin ardınca baş verən bir dəstə hadisələrdir.

Onun bu iddiası konkret səslənməsə də, nofilmschool saytı onu vacib sayır.

Chamberlain bunu «məğz üsulu» (Nutshell Technique) adlandırır. Onun sözlərinə görə, bu üsulda «yazıçılar hekayənin uğurlu olması üçün tələb olunan 8 dinamik, bir-biri ilə əlaqəli elementi müəyyən edirlər».

Məqalədə bu elementlər nömrələnmir, «çünki ağacı» adlandırılır. Daha sonra bu məfhum «Buz dövrü» (Ice Age) cizgi filmindəki sincab personajının timsalında izah etməyə cəhd göstərilir.

Sincab acdır və yemək axtarır. Bu səbəbdən bir qoza tapır. Qozanı tapdığı üçün onu tutmağa çalışır. Qozanı tutmağa çalışdığı üçün bir-birinin ardınca ağlasığmaz vəziyyətlərə düşür.

Ssenari yazan zaman siz gülməli və «cool» səhnələr haqda düşünürsünüz və bu səhnələrin bir-birinə yaraşması üçün heç bir dramatik səbəb olmadan onları sıralayırsınız.

Ancaq hər təsirin əks-təsiri var. Bu hərəkətlər hekayədə konfliktə səbəb olur.

«Niyə» sualından başlamalı

Çoxumuz keyfiyyətli çəkilmiş yüngül filmləri sevirik. Ancaq filmin arxasında onu irəli aparan hərəkətverici qüvvə olmalıdır. Bir-birinə aidiyyəti olmayan hadisələrin ard-arda baş verdiyi filmlər də («Forrest Gump» kimi) əyləncəli ola və hamı tərəfindən sevilə bilir. Ancaq bunlar qayda yox, istisnalardır.

Yazıçılara ssenarini yazarkən hər səhnənin arxasındakı «niyə» sualından başlamaq tövsiyə olunur.

Surətlərinizə problem yaratmaq kifayət deyil. Problemin arxasında mütləq bir səbəb olmalıdır.

«Meri haqda bir şey» (There's Something About Mary) filminin gözəl ssenarisi haqda düşünün.

Bu filmdəki hər bir məzəli hadisə Ted-in Mary-yə aşiq olması səbəbindən baş verir. Onun bu filmdəki hərəkətləri həmin o «çünki»ni dönə-dönə hərəkətə gətirir. O, buraxılış gecəsindəki uğursuzluğa görə fərsiz detektiv tutur. Maşınla Mayamiyə getdiyi və yolda yorulduğu üçün avtostopla yola çıxmış bir adamı maşına götürür. Mery ilə görüşünə görə həyəcan keçirdiyi üçün… Prinsipi anladınız.

Hekayənizi qurduğunuz zaman hərəkətin motivini və hər bir fraqmentin, yaxud yeni ssenarinin arxasındakı səbəb haqda düşünün.

Jill Chamberlain hekayə ilə situasiyanın təsviri arasındakı fərqi izah edərkən deyir ki, situasiyanın təsvirində hər hansı bir personajı, baş verən hadisəni və s. götürüb yenisi ilə əvəzləmək olar. Hekayədə isə bunu etmək mümkün olmamalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG