Tacikistanda yeni bayram – Kartof gününün keçiriləcəyi elan edilib.
Bu bayramı ilk dəfə olaraq Xocənddə, Novruz günlərində qeyd edəcəklər.
Bu barədə sərəncamı Soqd vilayətinin sədri Rajabboy Akhmadzoda imzalayıb.
Xəbər verilir ki, Tacikistanda Kartof günü ilə yanaşı Zanbaq, Bal və Təndir çörəyi günləri də bayram ediləcək.
Soqd vilayətinin əkinçiləri ölkə prezidenti Emomali Rahmonun tapşırığı ilə yaxın beş ildə regionda ildə 1 milyon ton kartof yetişdirməyi planlaşdırırlar.
Bundan əvvəl Tacikistanın müxtəlif regionlarında Yemiş, Balqabaq, Üzüm və Alma günləri qeyd olunub.
Bu bayramların əksəriyyəti Novruz günlərində keçirilir.
2017-ci ildə Tacikistanın Təhsil Nazirliyi martın 1-dən Novruz bayramının sonunadək bütün ölkə tələbələrinin dərslərə yalnız milli geyimdə gəlməsi barədə sərəncam vermişdi.
Bu sərəncamın tələbi ali və orta məktəblərin müəllimlərinə də aid idi.