Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:32

Tacikistanda hicab və dekolteyə qarşı 'müharibə'


Tacikistanda "milli adət-ənənələrə uyğun olmayan" geyimlərə qarşı kampaniya güclənir.

Daxili İşlər Nazirliyi bildirir ki, cəmiyyət içinə belə geyimlərdə çıxan qadınlarla "söhbətlər aparılır".

Amma nazirlik belə qadınların yüksək məbləğdə cərimələnməsi barədə xəbərləri təkzib edib.

Hökumət deyir ki, hicab, türban kimi baş örtükləri, eləcə də qısa paltarlar, dekolte "taciklərin dininə və mentalitetinə yaddır".

"Asiya" agentliyi bu günlərdə xəbər yaymışdı ki, polis paytaxtda reydlər keçirir.

Düşənbənin "Şoxmansur" bazarındakı satıcı qadınlar agentliyə demişdilər ki, polis onları hicaba görə min somoni məbləğində cərimə ilə hədələyib.

Bir neçə gün əvvəl Tacikistan prezidenti Emomali Rahmon "cəmiyyətdəki radikallaşma və gənclərin yabançı dəbə marağı" ilə bağlı narahatlığını bildirmişdi.

Buna da bax: Tacikistanda saqqal problemi...

Tacikistanda saqqal problemi...
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

"Uca tanrını ağılla dərk edir, ona könüllərdə sitayiş edirlər. Baş örtməklə, çalma qoymaqla, saqqal saxlamaqla yox" - deyən prezident hesab edir ki, internetin təsiri ilə şəhər və rayon əhalisi arasında, xüsusən qadınlar arasında "taciklərə yad olan dəbə maraq artır".

Onun fikrincə, bəzi qız və qadınlar "dindarlığı ürəklərində yox, geyimdə ifadə edirlər. Qara və tünd geyimlər geyməklə "milli ənənələrə sayğısızlıq göstərirlər".

Rahmon 2015-ci ildən milli tacik geyimlərini təbliğ edir.

O vaxtdan bəri dövlət idarələrinin rəhbərləri qadınlardan işə belə geyimlərdə gəlməyi tələb edir.

Amma hüquq-müdafiəçiləri belə göstərişləri insanların şəxsi həyatına müdaxilə adlandırırlar.

Buna da bax: Tacikistanda imam-xətiblərin saqqalını ölçəcəklər

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG