Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 15:46

Turkiyənin ən yaxşı universitetlərindən 3 dəfə bahalı Bakı universitetləri…


Azərbaycanda təhsil haqqı niyə Türkiyədədən 3 dəfə bahadır?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Azərbaycanda təhsil haqqı niyə Türkiyədədən 3 dəfə bahadır?

Azərbaycanda ali məktəbə qəbul olunan hər kəs ancaq sevinc yaşamır. Ailələr var ki, bu sevincin yanında bir də təhsil haqqını ödəmək qayğısını çəkməli olur. Azərbaycanda ali təhsilin 55 faizi pulludur.

Bakı sakini Orxan Bağırzadə bu il Dövlət Dillər Universitetinin Fransız dili fakültəsinə qəbul olunanda sevinib, amma ödəməli olduğu min manat sevincini yarım qoyub. Tələbə məcbur olub, mediada insanlara yardım üçün müraciət edib:

“Çox çətinlik idi. Min manat ödəməli idim. Qalmağa yerim yox idi. Atam məni evdən qovmuşdu. Bir yerdə işləyirəm, 350 manat alıram. Bir dostum var, mətbuata çıxmağa kömək etdi. Bir müğənni var, tapdı məni getdik universitetə, bir ilini ödədi, dedi ki, bu uşaqdan pul almayın, qalan üç ilini də mən ödəyəcəm”.

Əgər Orxan Bağırzadə bir çox Avropa ölkələrində, Çexiyada, Almaniyada, Fransada yaşasaydı, pul axtarmağa ehtiyacı olmazdı. Bu ölkələrdə yerli və xarici vətəndaşlar üçün ana dilində təhsil pulsuzdur. Qonşu Türkiyədə isə dövlət universitetlərində vətəndaşlar üçün ali təhsil pulsuzdur.

Azərbaycanda isə yerli vətəndaşlar üçün təhsil haqları Türkiyənin xarici vətəndaşlara təklif etdiyi qiymətdən bir neçə dəfə baha ola bilir.

Məsələn, Bakı Dövlət Universitetində Jurnalistika fakültəsində bu il illik təhsil haqqı 2200 manatdırsa, İstanbul Universitetində bu, xarici tələbələr üçün 2500 TL və ya 745 manatdır. Yəni, Azərbaycandakından təqribən 3 dəfə ucuz.

Halbuki, dünya universitetlərinin reytinqini hazırlayan QS sıralamasında göstəricilərindən birinə görə, İstanbul Universiteti 28-ci, Bakı Dövlət Universiteti 142 -ci yerdədir.

Bu sıralamada məsələn, Bakı Dövlət Universitetinin akademik nüfuz göstəricisi 40.1, İstanbul Universitetində bu, 75,5 dir.

Bəs Bakı sakinləri Azərbaycanda təhsil haqları barədə nə düşünürlər?

Təhsil haqqı cibə uyğundurmu?
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Avropanın nüfuzlu universitetlərində təhsil pulsuzdur, amma Azərbaycan universitetlərinin 55 faizində pulludur.

Keçən ilə qədər ölkədə 70 faiz təhsil pullu idi.

Müxalif ReAl hərəkatı keçən il bir neçə məsələ ilə yanaşı dövlət hesabına ümumiyyətlə təhsilin pulsuz edilməsi ilə bağlı imza toplamış, qanunvericilik təşəbbüsü ilə Milli Məclisə müraciət etmişdi.

Hərəkatın icra katibi Natiq Cəfərli bildirir ki, Milli Məclis prosedur qaydalarına uyğun gəlmədiyini bildirərək imzaları qəbul etməmişdi.

Bu hadisədən sonra, bu ilin fevralında prezident İlham Əliyev sərəncam verdi və, dövlət sifarişi hesabına təhsil yerləri artırıldı.

Təhsil Xidmətləri Araşdırma və Təhlil mərkəzinin rəhbəri Kamran Əsədov prezidentin sərəncamını belə izah edir:

“Prezidentin sərəncamından sonra dövlət sifarişi hesabına təhsil 65 faiz artdı. Keçən il dövlət sifarişi ilə təhsil ümumi plan yerlərinin 30 faizini təşkil edirdisə, ödənişli 70 faiz idi. Bu il isə rəqəm 12 mindən 21 minə qaldırıldı. Beləliklə, hazırda ümumi plan yerinin 45 faizi pulsuzdur”.

Prezidentin sərəncamına görə, növbəti tədris ilindən isə dövlət hesabına təhsil 50 faizə çatdırılacaq. Bəzi fəallar təhsilin ümumiyyətlə pulsuz olmasını təklif edir, ABŞ-ın Harvard Universitetinin məzunu, ictimai fəal, Bəxtiyar Hacıyev isə deyir ki, təhsil haqqını tam dövlət hesabına etmək büdcəyə yük olardı. O, maliyyələşmə mexanizminin dəyişməsini təklif edir:

“Ümumiyyətlə ali təhsil müəssisələrinin maliyyələşmə mexanizmləri dəyişməlidir. Keyfiyyətdən asılı olaraq dövlətin universitetlərə verdiyi vəsait, həm universitin müəllimlərə verdiyi maaş, həm də tələblərə verilən təqaüd onların göstərdiyi performansdan asılı olmalıdır. Bu olmadıqda, hansısa bir dövlət universiteti sabit formada dövlət büdcəsindən hər il pul alırsa, artıq onun marağı olmur ki, keyfiyyətli təhsil versin. Və ya hansısa müəllim 10 tələbəyə dərs deməklə 100 tələbəyə dərs deməyin maaşında bir fərq hiss eləmirsə, yenə də keyfiyyətli təhsildə maraqlı olmur”.

Azərbaycan universitetlərinin beynəlxalq reytinqi aşağıdır.

Bakı Dövlət Universiteti QS beynəlxalq reytinqində 800-1000-ci yerdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG