Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 09:23

Suriya müxalifəti Qazaxıstan danışıqlarından və Rusiya planından imtina edir


Suriya müxalifətinin Astanadakı danışıqçıları Mohammad Alloush (solda) və Osama Abu Zeid
Suriya müxalifətinin Astanadakı danışıqçıları Mohammad Alloush (solda) və Osama Abu Zeid

Suriyada prezident Bashar al-Assad-a müxalif olan qüvvələr mayın 3-də bəyan ediblər ki, Qazaxıstan paytaxtı Asatanada keçirilən danışıqlarda iştirakdan imtina edirlər.

Onlar eyni zamanda Assad qüvvələrinin bombardmanlarına son qoyulmasını tələb ediblər.

AzadlıqRadiosu xəbər verir ki, Suriya Milli Şurasının (SMŞ) sözçüsü Ahmad Ramadan, Rusiya, Türkiyə və İran tərəfindən təşkil edilən bu danışıqların mayın 4-də keçiriləcək növbəti dövrəsinin ərəfəsində cəmi bir cümlədən ibarət bəyanat verib:

"Nümayəndə heyəti hökumət bombardmanlarının dayandırılması tələbi ilə danışıqlarda iştirakını dayandırır”.

Lakin Ramadan əlavə edib ki, müxalifətin nümayəndə heyəti Astanada qalaraq dekabrda elan edilmiş atəşkəsin pozulması hallarını müzakirə etməkdə davam edəcək.

BMT-nin Suriyadakı xüsusi elçisi Staffan de Mistura və Rusiya səfiri Aleksandr Lavrentyev müxalifət nümayəndə heyətini mayın 4-də keçriiləcək danışıqlar dövrəsinə qatılmağa çağırıblar.

Rusiya planı

AzadlıqRadiosu xəbər verir ki, Suriyaya dair Rusiya planı prezidentlər Vladimir Putin və Recep Tayyip Erdoğanın mayın 3-də Soçidə keçirdikləri görüşdə müzakirə olunub.

Lavrentyev deyib ki, bu plan silahlı müxalifət qruplaşmalarının yerləşdirilməsi üçün dörd zonanın yaradılmasını nəzərdə tutur. Onlar bu zonalarda qarant ölkələrin dəstəyi ilə terrorçu təşkilatlara qarşı vuruşmalıdırlar.

Lavrentyev bildirib ki, bu plan ən mühüm dolaşıqlığı aradan qaldıracaq. Beləki indi mötədil müxalifəti terrorçu təşkilatlardan ayırmaq mümkün olacaq və silahlı müxalifətlə Suriya hökumət qoşunları arasındakı qarşıdurmanın gərginliyi bir xeyli azalacaq.

Diplomat deyib ki, planın təfərrüatları barədə bundan artıq məlumat verə bilməyəcək, çünki sənəd hazırda tərəflər arasında müzakirə olunur və razılıq əldə olunarsa, mayın 4-də Astanadakı görüşdə qəbul ediləcək.

Ramadan Associated Press agentliyinə deyib ki, müxalifət təhlükəsiz zonalar barədə təklifi mayın 3-də təqdim edilmiş formasında qəbul edə bilməz.

ABŞ prezidenti Donald Trump və Rusiya lideri Vladimir Putin mayın 2-də etdikləri telefon söhbətində təhlükəsizlik zonaları məsələsini də müzakirə ediblər.

Trump-ın bu plana münasibəti barədə konkret məlumat verilməyib. Lakin Ağ Evin bu telefon söhbətinin dərhal ardınca verdiyi bəyanatda deyilir ki, Trump Astana danışıqlarında ABŞ nümayəndəsinin iştirakına göstəriş verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG