Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 03:39

ABŞ 'BMT bacarmasa, Suriyada özünün hərəkət edəcəyini' deyib


ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haley
ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haley

Birləşmiş Ştatların BMT-dəki nümayəndəsi bəyan edib ki, əgər bu qurum Suriyada mülki əhali üzərinə kimyəvi hücumla bağlı hərəkət etməsə, Amerika “özü hərəkətə keçməyə məcbur ola bilər”.

ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haley Təhlükəsizlik Şurasının Suriyanı müzakirə edən iclasında deyib: "Əgər Birləşmiş Millətlər Təşkilatı kollektiv surətdə hərəkət etmək vəzifəsini davamlı şəkildə yerinə yetirə bilmirsə, dövlətlərin həyatında elə zamanlar da olur ki, biz öz hərəkətimizi etməyə məcbur oluruq”.

Xanım Haley həmçinin deyib ki, Rusiya rəsmi Dəməşqi himayə etməsini dayandıranadək Bəşər əl-Əsəd kimyəvi silahlardan istifadəni dayandırmaq niyyətində olmayacaq.

Xan Şeyxun müsibəti

Suriyadakı Xan Şeyxun ərazisində iddia edilən kimyəvi hücum nəticəsində 70 nəfərin öldüyü xəbər verilib.

Dəməşq və Moskva bu hücumun arxasında olduqlarına dair ittihamları rədd ediblər.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, guya kimyəvi maddələr qiyamçıların cəbbəxanası hava zərbəsinə məruz qalanda ətrafa yayılıb.

Britaniya bu izahatı rədd etdikdən sonra insidentin müzakirəsi üçün təcili qaydada BMT TŞ-nin iclası çağırılıb.

Britaniya səfiri Matthew Rycroft deyib ki, qiyamçıların, hücuma məruz qalanlarda belə simptomlar yaradan silahlara malik olduğunu göstərən heç bir dəlil yoxdur.

Britaniya, Fransa və Birləşmiş Ştatlar tərəfindən tərtib edilmiş qətnamə layihəsində Suriya hökuməti, sözü gedən hücum günündə helikopter eskadriliyasına komandirlik edənlərin adları da daxil tam informasiya verməyə məsul edilir.

Trump “görəcəksiniz” dedi

ABŞ kəşfiyyat rəsmilərinin hazırladığı qiymətləndirmədə deyilir ki, sözü gedən ölümlər böyük bir ehtimalla Suriya təyyarələrindən atılan sarin kimyəvi elementinin təsiri nəticəsində baş verib.

Rusiya bu qiymətləndirmənin saxta məlumatlara əsaslandığını deyir.

BMT Təhlükəszilik Şurasının iclasında Rusiyanı təmsil edən səfir əvəzi Vladimir Safronkov baş vermiş insidentin “obyektiv araşdırılmasını” tələb edib.

Bundan bir qədər əvvəl, aprelin 5-də Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ, Britaniya və Fransa tərəfindən tərtib olunmuş qətnaməni “qətiyyən qəbuledilməz” adlandırmışdı.

Bu arada prezident Donald Trump Ağ Evdə İordaniya kralı Abdullahla görüşündə bu hücumu “dəhşətli, ağlasığmaz” və “insanlığın dəhşətli şəkildə alçaldılması” adlandırıb.

“ABŞ Suriyada həyata keçirilmiş kimyəvi hücumun ardınca bu ölkəyə dair siyasətini dəyişəcəkmi” sualına Donald Trump qısaca, “görəcəksiniz” cavabını verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG