Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 10:43

Suriya danışıqlarında namaz otaqları


Astanada Suriya danışıqları keçirilən oteldə namaz otağı. 24yan2017.

Astanada Suriya danışıqları keçiriləndə XİN-dən olan təşkilatçılar qonaqlara, o cümlədən xarici jurnalistlərə komfortlu şərait yaratmağa çalışıblar.

Onlar üçün namaz otaqları açıblar. Qazaxıstanda xüsusi ibadət yerləri xaricində dua etmək qadağandır.

Suriya münaqişəsinin nizamlanmasına dair danışıqları işıqlandırmağa Astanaya 389 xarici jurnalist gəlib. Onların bir hissəsi 16 ərəb KİV-ini təmsil edirdi.

Buna da bax:​ Suriya danışıqlarında razılığa gəlinib, amma...

Yanvarın 23 və 24-də bağlı qapılar arxasında keçən danışıqlar zamanı jurnalistlərə "Rixos" otelinin yaxınlığında yerləşən Kazmedia mətbuat mərkəzində namaz otaqları yaradılmış, kişilərin və qadınların getməli olduğu istiqaməti göstərən işarələr qoyulmuşdu.

DİNİ MÜŞAVİR DƏ ÇAĞIRIBLARMIŞ

Qazaxıstan XİN-in mətbuat katibi Anuar Zhainakov bildirib ki, namaz otaqları müsəlman dövlətlərindən gələn jurnalistlərə sayqı əlaməti olaraq yaradılıb. Sən demə, tədbir ərəfəsində namaz otaqlarının harada yerləşdirilməsi barədə məsləhət verməyə dini işlər və vətəndaş cəmiyyəti nazirliyinin əməkdaşı dəvət edilibmiş.

Artıq altı ildir ki, Qazaxıstanda "Dini fəaliyyət və dini birliklər" haqqında qanun qüvvədədir. Bu qanun dövlət müəssisələrində namaz otaqlarını yasaqlayır. Qanunun tətbiqi zamanı hökumət belə bir məlumat yaydı ki, "qanuna görə, dini ayinlər və mərasimlər yalnız ibadət binalarında və bu məqsədlə ayrılmış xüsusi ərazilərdə keçirilməlidir" və bütün digər yerlər bağlanacaq. Artıq ibadət binalarından başqa, dini ayinlərin keçirildiyi bütün məkanlar barədə yerli hökumətə xəbər vermək tələb olunurdu.

Buna da bax: Suriya danışıqları: müxalifət İranı, hökumətsə Türkiyəni ittiham edir

Qazaxıstanda qocalar evlərində və həbsxanalarda namaz otaqlarını qapatdılar. Onları kitabxanalara, tərbiyəvi iş otaqlarına, anbarlara və s. çevirdilər. Qanunun qəbulundan dərhal sonra Almatıdakı fiziki hərəkəti məhdud və ruhi sağlamlıq problemi olan insanlar üçün internatda iki namaz otağını bağladılar..

300 METR ARALIDA

Dekabrda ilahiyyatçı Kayrat Zholdybay Abai.kz saytında yazıb ki, Astana hava limanında namazını "binanın damına aparan pilləkənin altındakı küncdə" qılmalı olub. Onun sözlərinə görə, Astananın hava limanında namaz otağı hələ də qapalı, Almatıda isə açıqdır.

Din və vətəndaş cəmiyyəti nazirliyinin mətbuat katibi Yerzhan Baytan Qazaxıstanda namaz otaqlarının bağlanması barədə deyilənləri danır. Onun sözlərinə görə, din haqqında qanun, namaz otaqlarının dövlət müəssisələri, məktəb və xəstəxanalarından 300 metr aralıda yerləşməsini nəzərdə tutur. O bildirib ki, hava limanları və ticarət mərkəzlərində namaz otaqları fəaliyyət göstərir. O, ibadət evləri xaricində dua etməyə görə cərimələrin tətbiqi barədə deyilənləri də inkar edir.

Buna da bax:​ Moskva Astana görüşünü önəmli sayır

"Axı, biz dünyəvi dövlətik və hər kəsin inanmaq və inanmamaq haqqı var, hər kəs özü öz dinini seçir. Bəzi yasaqlanmış ... dini birləşmələr var, ancaq dua etməyi heç kim yasaqlamır", – Yerzhan Baytan deyir.

XARİCİLƏRƏ OLAR, BİZƏ YOX

Hüquq müdafiəçisi Yevgeny Zhovtis söyləyir ki, Qazaxıstan hökuməti həmişə namaz otaqlarının yaradılmasını hüquqi baxımdan izah edə biləcək. O cümlədən, beynəlxalq razılaşmalar və qaydalara dayanaraq. «Və haqlı da olacaqlar», – o deyir.

"Xarici jurnalistlərə istədikləri yerdə, o cümlədən dövlət idarələrində, mehmanxanalarda, namaz qılmağa icazə verməklə onlar göstərdilər ki, bu mümkündür və qorxulu heç nə baş vermir. Heç kimin... hüquqları pozulmur, dindarların hüquqları normal təmin olunur. Öz dindarlarımızdan fərqli olaraq... Bu, bizim, beynəlxalq ictimaiyyət üçün müasir ...hüquq normalarını qəbul etməyimizin, özümüzünkülərə münasibətdə onları rədd etməyimizin klassik nümunəsidir", – Yevgeny Zhovtis deyir.

Buna da bax: Türkiyə İranı Suriyada atəşkəsə yardım etməyə çağırıb

Hüquq müdafiəçisi hesab edir ki, "Dini fəaliyyət və dini birliklər haqqında" "repressiv" qanun dəyişdirilməlidir.

Qazaxıstan XİN-nin mətbuat katibi Anuar Zhaynakov billdirib ki, Suriyaya dair danışıqların baş tutduğu mətbuat mərkəzi dövlət idarəsi deyil. O, həmçinin qeyd edib ki, qanunvericilikdə beynəlxalq tədbirlərin keçirilməsi zamanı namazxanaların açılması nəzərdə tutulub. Ancaq XİN rəsmisi bunun qanunun hansı maddəsinə salındığını göstərə bilməyib.

XS
SM
MD
LG