Keçid linkləri

2026, 10 Sentyabr, cümə axşamı, Bakı vaxtı 23:57

'Anthropic' əməkdaşları: Süni intellekt şirkətləri həyatımızla oynayır

Süni intellekt
Süni intellekt

ABŞ-nin süni intellekt modelləri hazırlayan "Anthropic" şirkətinin əməkdaşı Ceykob Kokson işdən çıxıb və qərarının səbəblərini X sosial şəbəkəsində izah edib. Yazdığına görə, "Anthropic" və əvvəllər çalışdığı "OpenAI" şirkəti "öz-özünü təkmilləşdirən superintellektə doğru sürətlə irəliləyərək həyatımızla oynayır".

Kokson deyir ki, qızğın rəqabət aparan şirkətlər süni intellektin inkişafı zamanı təhlükəsizlik tədbirlərini unudurlar. Onun iddiasına görə, süni intellekt tərtibatçıları bu texnologiyanın onilliyin sonunadək bəşəriyyəti məhv edə biləcəyinə tam əmindirlər.

"Anthropic"də süni intellekt təhlükəsizliyi üzrə əsas mütəxəssislərdən olan Evan Habinqer elə sosial şəbəkədə keçmiş həmkarının yazdığına reaksiya verib. Habinqer yazıb ki, şirkətdə süni intellektin bütün insanları öldürə biləcəyinə gerçəkdən inanırlar.

O, şəxsi fikrini də bölüşüb, belə bir ssenarinin yaxın 10 ildə başvermə ehtimalının 10 faizdən çox olduğunu bildirib. Habinqerin dediyinə görə, şirkət mövcud riskləri dərk etsə də, insanların superzəka üzərində nəzarəti necə qoruyub saxlayacağına dair hələ də dəqiq planı yoxdur. Söhbət öz-özünü təkmilləşdirən və qərar qəbul edərkən insanların əmrlərinə tabe olmayan süni intellektdən gedir.

Şirkəti "Grok" süni intellekt modelini hazırlayan İlon Mask 2023-cü ildə deyirdi ki, süni intellektin bəşəriyyəti məhv etməsi ehtimalı sıfırdan yuxarıdır.

Ötən həftə ABŞ senatoru Berni Sanders şirkətlərin superintellekt hazırlamasını yasaqlayan qanun layihəsi təqdim edəcəyini açıqlayıb.

Həm "OpenAI", həm də "Anthropic" bu yaxınlarda yaydıqları hesabatlarda öz süni intellekt agentlərinin test mühitindən kənara çıxaraq özbaşına real kiberhücumlar törətdiyi barədə məlumatları təsdiqləyiblər.

XS
SM
MD
LG