Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 19:15

Bir gündə 4 intihar olayının baş verdiyi bildirilir


Sui-qəsd

Dekabrın 28-də ölkə ərazisində azı 4 intihar olayının baş verdiyi bildirilir.

Olaylar Bakı şəhərində baş verib.

Report-un xəbərinə görə, Maştağa qəsəbəsində 1969-cu il təvəllüdlü Əliheydər Nəzərov intihar edib. Onun özünü asdığı deyilir.

Bakının digər qəsəbələrindən Nardaranda da intihar olayının yaşandığı bildirilir. Qəsəbə sakini, 21 yaşlı Fərman Qasımovun həyətlərində istixananın tavanından asılmış meyiti aşkarlanıb.

Buna da bax:​ Alimlər ən əsəbi vəzifəni müəyyənləşdiriblər

65 yaşlı Ramana qəsəbə sakini Mirrəhim Mehdiyevin də intihar xəbəri yayılıb. Onun meyiti isə yaşadığı evin zirzəmisində elektrik naqilindən asılmış vəziyyətdə tapılıb.

APA-nın xəbərinə görə, Zirə qəsəbəsində 16 yaşlı Firuz Məmmədov da intihar edib. Onun da hamamda asılmış meyiti tapılıb.

F. Məmmədov 11-ci sinfində oxuyurmuş...

Olayların səbəbləri, hələlik, açıqlanmır.

Buna da bax: Gənclərin canına qıydıqları deyilir

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı bildirilir. Ekspertlər intiharların səbəblərinin araşdırılmasından ötrü müstəqil bir mərkəzin yaradılmasını təklif edir. Onların fikrincə, Azərbaycanda rəsmi qurumlar bəzi hallarda intiharların gerçək səbəblərini açıqlamırlar.

Mətbuatdakı araşdırmalarda insanların daha çox maddi çətinliklərdən və hüquqsuzluqdan canlarına qıydığı vurğulanır.

Buna da bax:​ Qadın intiharları çoxalıb

Xatırlatma

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov "Report"un sorğusuna cavab olaraq bildirib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı isə 27 nəfər olub.

XS
SM
MD
LG