Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:55

Alimlər ən əsəbi vəzifəni müəyyənləşdiriblər


Depresiya, illüstrasiyalı foto
Depresiya, illüstrasiyalı foto

Araşdırmalara görə, daha çox stresslə üzləşən menecerlərdir, özü də söhbət top-menecerlər yox, adi menecerlərdən, ya da belə deyək, müdirlərdən gedir.

Karyera nərdivanında “əsəbi” pillə

Moskovskiy komsomolets bu haqda yazır. Məqalədə deyilir ki, sən demə, menecer işi karyera nərdivanında daha “əsəbi” bir pilləymiş. Bu sahədə çalışanların işi çox gərgin olduğundan onlarda depressiyanın inkişafı baxımından daha risklidir.

Alimlərin apardığı bu araşdırmalarda 22 min adamın iştirak etdiyi, onların hər birinin yetkinlik həddinə çatdığı və üstəlik də, tam iş günü çalışdıqları bildirilir.

Könüllüləri üç qrupa bölüblər: sıravi əməkdaşlar, orta səviyyəli menecerlər və müəssisə rəhbərləri. Mütəxəssislər bu hər üç kateqoriyaya mənsub insanların psixoloji durumunu da müqayisə və təhlil ediblər.

Şirkət rəhbərləri daha az depressiyaya düşürlərmiş

Araşdırmalarda iştirak edən menecerlərin və müəssisə rəhbərlərinin 18 faizində depressiya simptomları aşkarlanıb. Yerdə qalanlarda, – böyük qurumların rəhbərlərində və sıravi işçilərdə depressiya simptomları təxminən yarım dəfə az müşahidə edilib. Araşdırmaların nəticələrinə görə, depressiya simptomlarına şirkət rəhbərlərinin 11 faizində, sıravi işçilərinsə 12 faizində rast gəlinib.

Buna da bax: «Depressiya və intihar əsri»ndə Azərbaycan

Ancaq araşdırmalar başqa maraqlı bir nəticəni də ortaya çıxarıb. Menecerlər başqalarından fərqli olaraq, daha tez-tez həyəcan, narahatlıq hissi yaşadıqlarını bildiriblər.

Arada qalan menecerlər

Bəs menecerlərin işini gərginləşdirən, onları depressiyaya salan səbəblər nədir? Niyə sıravi işçidən daha çox narahat və gərgindirlər?

Foto: arxiv
Foto: arxiv

Mütəxəssislər alınan nəticələri təhlil edərək bu qənaətə gəlirlər ki, karyera nərdivanının orta pilləsində duran menecerlər daha çox münaqişələrin iştirakçısı olurlar. Özü də bu münaqişələr həm onların tabeliyindəki işçilərlə, həm də onlardan yuxarıda duran rəhbər şəxslərlə ola bilər. Necə deyərlər, menecerlər bu halda rəhbərliklə sıravi işçilər arasında bir ötürücü rolunu oynadıqlarından hamının gərginliyi, sıxıntısı həm də onlardan keçmiş olur.

Ancaq stressin bir başqa səbəbi də ehtimal edilir. İş ondadır ki, hətta onların tabeliyindəki işçilərin yanlışına görə də məsuliyyət hər zaman menecerlərin boynunda olur.

Buna da bax: Azərbaycan qadını ailə qura bilir, bəs karyera?

Sonuncu səbəb

Foto: arxiv
Foto: arxiv

Ən nəhayət, sonuncu səbəb. Karyeraya doğru yolda orta həlqədə yer alan menecerlər və ya müdirlər bir şeyi daha aydın və dəqiq bilirlər. Bu da hər zaman itirəcəkləri bir şeyin olduğunu dərk etmələridir. Düzdür, onların vəzifəsi, mövqeyi yetərincə yaxşıdır, buna görə də vəzifələrinin üstündə əsirlər. Ancaq bununla belə, tutduqları mövqe, vəzifə yetərincə yüksək deyil ki, daha yuxarı instansiyanın qəzəbinə tuş gəlməkdən ehtiyatlanmasınlar.

“Moskovskiy komsomolets” bu araşdırmanın nəticələrinin mətbuatda dərc olunduğunu yazır, ancaq onun hər hansı elmi dərgidə çap olunub-olunmadığını dəqiqləşdirə bilməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG