Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 18:57

Mirzəhüseynli kənd sakinləri: 'Kəndin arxı zibil poliqonuna çevrilib'


Arxiv fotosu.

“Bir kəndin sakinləri olaraq, həyəcan təbili çalırıq. Bütöv bir kəndin insanlarının həyatını təhlükəyə atıblar. Bu, cinayətdir”.

Bunu AzadlıqRadiosu-na Göyçayın Mirzəhüseynli kəndinin sakinləri yazır.

Buna da bax: Qəbələ sakini: 'Sözüm Kəmaləddin Heydərovadır...'

“Həm özümüz su içirik, həm də heyvanlarımız”

Kəndin bir hissəsinin - kəndi içməli su ilə təmin edən su arxının dibinin zibil poliqonuna çevrilməsi onların yuxusunu qaçırıb:

“Hər səhər o başdan Göyçayın bütün zibilləri bura daşınır. Külək bu zibilləri kəndə gələn su arxlarına doldurur. O arxlardan həm özümüz su içirik, həm də heyvanlarımız. Bir azdan kənddə sağlam insan qalmayacaq. İmkanı olan kənardan su maşını çağırır, suyu pulla alır. İmkanı olmayan elə o arxın suyunu tənzifdən süzüb istifadə edir”.

Buna da bax:​ Gözdən əlil PA qarşısında [video]

“Hər dəfə arxayın ediblər ki...”

Sakinlər yazırlar ki, zibil içməli suya qarışdığından, kənddə xəstəlik baş alıb gedir. Ancaq bu, dövlət qurumlarını narahat etmir:

“İcra hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı ərazi şöbəsinə və digər qurumlara yazmışıq. Hətta yığışıb getmişik, çarə istəmişik. Hər dəfə arxayın ediblər ki, zibil poliqonunun yerini dəyişəcəklər”.

Bu poliqondan ən çox “yararlanan” uşaqlardır. Məktəbdən qayıdan aşağı sinif şagirdləri mütləq poliqona baş çəkir, “hər gün zibillərin arasından eşələyib tapdıqları, onlara maraqlı gələn əşya və xəstəlik mikrobları daşıyırlar”.

Buna da bax:​ Dağətəyi kəndlərin odun problemi vardı, qar yağdı, işıq da söndü

“Başçı da məlumatlıdır... Zibillik arxdan xeyli aralıdır”

Göyçay Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Mirzəhüseynli kəndindəki poliqona əncam çəkiləcək: “Sakinlərin şikayəti var. Başçı da məlumatlıdır. Ancaq kəndlilərin içməli su ilə bağlı problemləri yoxdur. Həmin zibillik arxdan xeyli aralıdadır”.

Sakinlər ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun yolunu gözləyirlər. Nazirin fevralın 23-də Kürdəmirdə həm də Göyçay sakinləri ilə nəzərdə tutulmuş görüşündə ondan poliqonun ləğv olunmasını istəyəcəklər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG