Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:01

Gözdən əlil PA qarşısında [video]


Gözdən əlil Yeganə Səlimova. 15feb2017

“2012-ci ildən bizim Nərimanov Rayon İcra Hakimiyyətində güzəştli mənzil növbəmiz var. 2011-ci ildə bina tikilməyə başlandı, 2015-ci ildə təhvil verildi. Ancaq mənzil bölgüsü zamanı bizə mənzil verilmədi. Evləri camaata – 50-100 min dollara satırdılar”.

Fevralın 15-də gözdən əlil Yeganə Səlimova ailə üzvləri ilə birlikdə Prezident Administrasiyasına gedib ki, bu sözləri orada əyləşənlərə də desin. Saatlarla gözləsə də, xanımı qəbul edən olmayıb. O da dərdini AzadlıqRadiosu-na açıb.

Buna da bax:​ Prezidentin açdığı gözdən əlillər üçün binaya kimlər köçürülüb?

“Məktub göndərmişdilər ki, bizə… mənzil ayrılsın”

Nərimanov Rayon İcra Hakimiyyəti Yeganə Səlimovanın oğlu Rəşad Səlimlini gözdən əlil kimi mənzil növbəsinə götürüb. “Faiq Yusifov küçəsi, 40” ünvanında gözdən əlillərə tikilən binanın inşası iki il öncə başa çatsa da, ona həmin 12 mərtəbəli yaşayış evində mənzil verilməyib. Bu da üç əlil üzvü olan ailəni qəzəbləndirib.

Yeganə Səlimovanın Prezident Administrasiyasına üz tutması ilk dəfə deyil. O, hələ 2011-ci ildə - binanın tikintisinə başlanarkən də, oraya gedib-gəlirmiş:

“O vaxt qəbul edib dinləyib, Nərimanov Rayon İcra Hakimiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndərmişdilər ki, bizə də oradan mənzil ayrılsın. Cavab verilirdi ki, hələ binanın inşası davam edir və mənzil bölgüsü aparılmır. Sonra da bizdən xəbərsiz mənzil bölgüsü apardılar, çoxunu saxta əlilliyi olan insanlara satdılar”.

Buna da bax:​ '25 ildir bir qovluq sənədlə veteran statusu ala bilmirəm'

“Prezidenti də aldadıblar…”

Yeganə Səlimova səsini ölkə prezidentinə çatdırmaq istəyir. Niyə məhz ona? Çünki bu bina məhz prezidentin göstərişi ilə Prezidentin Ehtiyat Fondunun pulu ilə tikilib. İki il əvvəl şəxsən prezident binanın açılışında olub və ona binadakı mənzillərin evsiz gözdən əlillərə paylandığı bildirilib. Yeganə Səlimova təkcə özünün deyil, prezidentin də aldadıldığını düşünür.

Nərimanov Rayon İcra Hakimiyyəti ittihamları qəbul etmir. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, ev növbəsi siyahısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim edib. Binadakı mənzil bölgüsünün icra hakimiyyətinə aidiyyəti yoxdur. Nazirlikdənsə siyahını bu quruma Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin verdiyi deyilir.

Buna da bax:​ Azərbaycanda 530 mindən çox əngəlli insan var

“Hüquq mühafizə orqanları araşdırsın…”

Səlimovlar ailəsi 132 mənzilli, 12 mərtəbəli binadakı mənzil bölgüsünün hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını tələb edir.

Prezidentin açdığı gözdən əlillər üçün binaya kimlər köçürülüb?
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG