Keçid linkləri

2017, 24 Mart, Cümə, Bakı vaxtı 12:10

Norveçdə “Storhamar” və” “Sparta” hokkey klubları arasında keçirilən görüş tarixdə ən uzun oyun olub.

Görüş 217 dəqiqə 14 saniyə çəkib və ümumilikdə təxminən 8 əlavə vaxt-11 hisə oynanılıb. Buna səbəb oyunda hesabın bərabər (1:1) olması, növbəti mərhələyə adlayacaq qalibin müəyyənləşməməsi olub.

Bu barədə Aftonbladed saytı məlumat yayıb.

Bazar günü yüksək liqa çərçivəsində Hamarda keçirilən pley-off mərhələsində hesab 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə qurtarıb. Qələbə qolunu Yoakim Yensen vurub.

Saat 18:00-da başlayan görüş gecə saat 2:32-dək (8 saat 32 dəqiqə) davam edib və komandalar bu müddət ərzində qapılara ümumilikdə 189 zərbə endiriblər.

Bundan əvvəlki rekord 1936-cı il martın 24-də qeydə alınmışdı.

Həmin vaxt milli hokkey liqasında (NHL) “Detroyt” və” Monreal” arasında keçirilən oyun 176 dəqiqə 30 saniyə (6 hissə) çəkmişdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG