Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

2017-ci il Stokholm hücumunun iki tacik şübhəlisi Suriyada saxlanıb


Parviz Saidrahmonov TRT reportajında
Parviz Saidrahmonov TRT reportajında

2017-ci ildə Stokholmda yük maşını ilə törədilmiş terror aktında iştirak etməkdə şübhəli bilinən iki tacik bəzi məlumatlara görə Suriyada həbsdədirlər.

Bu hücum zamanı yük maşını Stokholmun mərkəzində insan kütləsinin üstünə sürülmüş, daha sonra Ahlens univermağının vitrinlərinə çırpılmışdı. Bu hadisə zamanı 11 yaşlı qız uşağı da daxil 5 nəfər ölmüş, daha 10 nəfər ciddi xəsarət almışdı.

Ölənlərdən üçü isveçli, biri britaniyalı, digəri isə belçikalı qadın idi.

“Abu Davud” kimi tanınan Parviz Saidrahmonov və “Abu Osama Noraki” ləqəbli Tojiddin Nazarov Rusiya və Tacikistan tərəfindən axtarışdadırlar. Hər ikisinin 32 yaşı var.

İsveç müstəntiqlərinin qənaətinə görə Saidrahmonov və Nazarov sözü gedən hücuma görə 2018-ci ilin aprelində Stokholmda ömürlük həbs cəzasına məhkum edilmiş Rakhmat Akilovla əlbir olublar.

Akilov Özbəkistan vətəndaşı olan tacikdir.

O 2017-ci il, aprelin 7-də Stokholmun mərkəzində yük maşınını kütlənin üstünə sürdüyünü etiraf etmişdi.

2017-ci ildə Saidrahmonovun öldüyü xəbər verilmişdi. Lakin noyabrın 23-də Türkiyənin TRT kanalının xəbər proqramında Suriyada həbs edilmiş İŞİD döyüşçüləri göstəriləndə bunların arasındaSaidrahmonovun da olduğu məlum olub.

Xəbərdə deyilirdi ki, Saidrahmonov hazırda Türkiyə qüvvələrinin nəzarətində olan Afrin şəhərinin həbsxanasındadır.

Tacikistan rəsmilərindıən biri AzadlıqRadiosuna adının çəkilməməsi şərtilə deyib ki, Düşənbə Türkiyə telekanalının reportajından xəbərdardır.

O əlavə edib ki, Saidrahmanovun şəxsiyyətini bacısı təsdiq edib.

Rəsmi bildirib ki, hökumət Saidrahmanovun Tacikistana ekstradisiya edilməsi istiqamətində iş aparır.

Bundan başqa AzadlıqRadiosunun Türkiyədə İslam Dövləti ekstremist təşkilatının tacik üzvləri ilə əlaqəsi olan mənbəyi dekabrın 18-də deyib ki, Nazarov da həbs edilib və Suriyanın Deyr əz-Zor şəhərində saxlanır.

Tacikistan hakimiyyət orqanları Nazarovu “İD-in Tacikistandakı ən qorxulu səfərbərçisi” adlandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG