Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:34

Stokholm hücumuna görə şübhəli məhkəməyə çıxarılır


Rakhmat Akilov
Rakhmat Akilov

Ötən ilin aprelində İsveçin paytaxtındakı hücuma görə şübhəli sayılan 39 yaşlı özbəkistanlı məhkəmə qarşısına çıxarılıb.

“Terrorçuluq və terror cəhdi”ndə təqsirləndirilən Rakhmat Akilov fevralın 13-də Stokholmda dairə məhkəməsinə gətirilib.

İttihamçılar ona ömürlük cəza istəyib. Polisin bildirməsinə görə, Akilov hücumu törətdiyini, “kafirlər”i öldürmək istədiyini boynuna alıb.

O, yük maşınını oğurlayaraq aprelin 7-də Stokholmda piyada səkisi üzərinə sürməkdə, beş nəfəri öldürməkdə ittiham olunur.

Akilov fevralın 20-də məhkəmədə çıxış etməlidir.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

*** Buna da bax: Özbəkistanda Suriyadakı qruplar üçün ‘səfərbər toplayan’ iki nəfər saxlanıb

İŞİD-LƏ ƏLAQƏLƏRİ ÜZƏ ÇIXARILIB

Amma AzadlıqRadiosu-nun özbək və tacik xidmətlərinin İsveçin TT xəbər agentliyi il birlikdə apardığı araşdırma Akilov-un hücumdan əvvəl və sonra, eləcə də hücum zamanı İslam Dövləti (İŞİD) qruplaşmasının Tacikistandan olan üzvləriylə birbaşa əlaqə saxladığını üzə çıxarıb.

Tacikistanın daxili işlər naziri Ramazon Rahimzoda AzadlıqRadiosu-na deyib ki, Akilov-un İŞİD-in şübhəli tacik üzvləriylə əlaqələrinə görə İsveç rəsmiləri Düşənbəylə konakt yaratmayıblar.

Özbəkistandan etnik tacik olan Akilov tikintidə fəhlə işləyirmiş. O, hücumdan bir neçə saat sonra saxlanıb və polisin bildirməsinə görə, ertəsi gün hücumu törətdiyini boynuna alıb.

Akilov-un vəkili Johan Eriksson yanvarda deyirdi ki, müştərisi “terror aktı törətdiyini, məhkum edilməli olduğunu etiraf edir”.

*** Buna da bax: Özbəkistan Stokholmda terror törədən Akilovla bağlı qərbə xəbərdarlıq edibmiş

Eriksson-un sözlərinə görə, Akilov hücumdan sağ çıxacağını gözləmədiyini söyləyib.

Son illər Avropa və Birləşmiş Ştatlarda yük maşınlarıyla bir neçə hücum törədilib.

2016-cı ilin iyulunda Fransanın Nitsa şəhərindəki hücumda 86 nəfər öldürülüb, hücuma görə İŞİD yaraqlıları məsuliyyəti götürüb.

Özbək Sayfullo Saipov isə ötən il oktyabrın 31-də Nyu Yorkda yük maşınıyla səkkiz nəfəri öldürməkdə şübhəli bilinir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG