Keçid linkləri

2024, 08 Mart, Cümə, Bakı vaxtı 16:31

Özbəkistanda Suriyadakı qruplar üçün ‘səfərbər toplayan’ iki nəfər saxlanıb


Bəzi məlumatlara görə Suriya və İraqda 1500-dək Özbəkistan vətəndaşı silahlı qruplaşmalara qoşulub
Bəzi məlumatlara görə Suriya və İraqda 1500-dək Özbəkistan vətəndaşı silahlı qruplaşmalara qoşulub

Özbəkistanın təhlükəsizlik xidmətləri xarici silahlı qruplaşmalar üçün səfərbərlər yığmaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

Özbəkistanın dövlət televiziyası yanvarın 18-də xəbər verib ki, bu iki nəfər Facebook vasitəsilə Suriyadakı Ət-Touhid vəl-Cihad qruplaşması ilə əlaqədə olub.

Xəbərdə bu da bildirilir ki, şübhəlilər sözü gedən silahlı qruplaşmadan maliyyə dəstəyi alıblar.

Şübhəlilərin adları açıqlanmır. Lakin dövlət telekanalı bildirir ki, saxlananlar Özbəkistan vətəndaşı və Daşkənd sakinləridirlər.

Şübhəlilərə qarşı irəli sürülmüş ittihamlarda deyilir ki, onlar ekstremist qruplaşma ilə əlaqədə olublar və ictimai asayiş üçün təhlükə yaradan materialları yayıblar.

Özbəkistan mediası habelə bu iki nəfərin “təsiri altına düşmüş” 23 nəfərin araşdırıldığından yazır.

Bəzi təxminlərə görə Özbəkistanın 1500 vətəndaşı islamçı qruplaşmalara qoşulmaq məqsədi ilə İraq və Suriyaya gedib.

2017-ci ildə xaricdə törədilmiş bəzi terror aktlarında özbəklərin iştirakı olub.

Özbəkistan vətəndaşı Sayfullo Saipov oktyabrın 31-də Nyu Yorkda səkkiz nəfərin ölümü ilə nəticələnmiş terror hücumunun əsas şübhəlisi sayılır.

2017-ci iIin aprelində Özbəkistan vətəndaşı Raxmat Akilov İsveçin paytaxtı Stokholmda idarə etdiyi maşını piyadaların üstünə sürərək 4 nəfərin ölümünə sabəb olub.

Türkiyə polisinin araşdırması, 2017-ci il yanvarın 1-də İstanbuluin gecə klubuna silahlı basqının daha bir Özbəkistan vətəndaşı, Abdulkadir Maşaripov tərəfindən edildiyini aşkara çıxarıb. Bu terror hücumu nəticəsində 39 nəfər həlak olub.

Bu hücum üçün məsuliyyəti öz üzərinə İslam Dövləti adlandırılan ekstremist təşkilat götürüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG