Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 13:56

Özbəkistan Stokholmda terror törədən Akilovla bağlı qərbə xəbərdarlıq edibmiş


Abdulaziz Kamilov

Özbəkistan Stokholmda terror aktı törədən Rakhmat Akilovun təhlükəli olması barədə qərb ölkələrinə xəbərdarlıq etdiyini deyir.

AzadlıqRadiosunun Reutersə istinadla verdiyi məlumata görə, bunu Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov bildirib.

Nazirin sözlərinə görə, Akilovu ölkəsində ekstremizmdə ittiham elədikdən sonra o, qazanc dalınca İsveçə gedibmiş.

Məlumata görə “İslam dövləti” qrupunun Taciksdandakı yuvasının təsiri altına düşən Akilov beynəlxalq axtarışda imiş.

Aprelin 7-də yük maşınınının Stokholmda kütlənin üzərinə sürülməsi nəticəsində 4 nəfər ölüb, a5 nəfərsə yaralanıb.

Bu terror aktı ilə bağlı 2 nəfər şübhəli qismində saxlanıb.

Akilovun həmin vaxt sükanın arxasında olduğu bildirilir.

Aprelin 11-də o, bunu boynuna alıb.

Başqa bir məlumata görə isə o, 2015-ci ildə islamçı yaraqlılara qoşulmaq üçün Suriyaya keçməyə cəhd göstərib.

Amma Türkiyə-Suriya sərhədində saxlanıb və İsveçdə qaçqın statusu olduğuna görə ora deportasiya edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG