Oktyabrın 27-də Rusiyanın Sankt-Peterburq şəhərindəki muzeylərin birində amerikalı kino ulduzu, "Rembo", "Rokki" və başqa filmləri ilə Azərbaycanda da çox populyar olan Sylvester Stallone-nin rəsmlərindən ibarət sərgi açılıb.
Sərgidə onun axır 30 ildə çəkdiyi rəsmlərdən 30-u nümayiş olunur. Stallone ötən əsrin 70-ci illərindən rəsmlər çəkir. Amma əsərlərini uzun müddət cəmiyyətə təqdim etməyib. Yalnız 2009-cu ildə Mayamidə ilk sərgisini keçirib.
Aktyor-rəssam abstrakt ekspressionizm janrında rəsmlər çəkir və artıq auksionlarda 2 rəsmini sata bilib.
"Rembo" öz rəsmlərini göstərir
9
"Mələk dərisi"
10
"Herkules saatı" Aktyor deyir ki, bu rəsm onun uşaqlıqda keçirmiş olduğu hissləri ifadə edir. O 12 yaşında Stiv Rivzin baş rolda çəkildiyi "Herkules" filminə baxıb və həmin film onun həyatını dəyişib.
"Özüm-özümə dedim ki. bax bu kişi mənim idealım olacaq" - deyə aktyor xatırlayır. Bundan sonra o öz bədən quruluşu üzərində işləməyə başlayır...
"Özüm-özümə dedim ki. bax bu kişi mənim idealım olacaq" - deyə aktyor xatırlayır. Bundan sonra o öz bədən quruluşu üzərində işləməyə başlayır...