Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:07

Buna "gələcəyin qidası" deyirlər. Yeyərsiniz?


Amerikalı Rob Rhinehart özü yaratdığı həllolunan qidanı nümayiş etdirir
Amerikalı Rob Rhinehart özü yaratdığı həllolunan qidanı nümayiş etdirir

“Soylent”ə gələcəyin rəqəmli yeməyi demək olar

“Smartfood” Amerikadan gətirilən yeni tozşəkilli qidadır. Ona “soylent” deyənlər də var. Bu qidadan hələ 1960-70-ci illərin elmi-fantastik romanlarında yazırdılar. Belə tozşəkilli və tez həll olunan yeməyi yemir, su kimi içirlər.

«SmartFood» şirkətinin qurucusu Vladimir Falkov gənc yaşlarından fəal həyat tərzi keçirib və tez həll olunan yeməklərlə maraqlanıb. Dost-tanışının da bu qidalarla maraqlandığını görüncə, hobbisini kiçik startapa (yeni başlanan biznesə) çevirmək qərarına gəlib.

Buna da bax:​ Asiya milyonçuları öndədir

Soya+mərci+soylent?

Amerikalı Rob Rhinehart-ın yaratdığı bu həllolunan qida çeşidi ilk dəfə, təxminən, 2014-cü ilin mayında satışa çıxarılıb.

"Soylent" marka deyil, bütöv bir məhsul kateqoriyasıdır. "Soylent" kəlməsi ingilis dilindəki iki sözün birləşməsindən yaranıb: "soy" (soya) və "lentil" (mərci). Belə məhsulları yaradarkən, zülal və karbohidratlar soya və mərcidən alınır.

Amerikalı Rob Rhinehart-ın yaratdığı bu həllolunan qida çeşidi ilk dəfə, təxminən, 2014-cü ilin mayında satışa çıxarılıb. Dənli bitkilərdən düzəldilən o məhsulun tərkibində düyü zülalı vardı.

Son nəsil soylent məhsullarının tərkibində orta və uzun karbohidrat daşıyıcısı olan inqrediyentlər var. Bundan başqa, onlara dəniz yosunu da qatmağa başlayıblar.

Hazırda soylenti istər toz şəklində, istərsə artıq həllolunmuş formada – şüşələrdə buraxırlar.

Yemək bişirməyə macalın yoxsa...

"Soylent" kəlməsi ingilis dilindəki iki sözün birləşməsindən yaranıb: "soy" (soya) və "lentil" (mərci). Belə məhsulları yaradarkən, zülal və karbohidratlar soya və mərcidən alınır.

Vladimir Falkov deyir ki, belə məhsulların müştərisi, əsasən, meqapolislərdə - nəhəng şəhərlərdə yaşayan menecerlər və yaradıcı peşə sahibləridir. Onlar o qədər sürətli tempdə yaşayırlar ki, ərzaq almağa, yemək bişirməyə və qab yumağa macal tapmırlar.

Onun sözlərinə görə, ABŞ-da soylent müştərilərinin 17 faizi uşaqlı adamlardır.

Buna da bax:​ ABŞ-da quraqlıq dünyada ərzağın qiymətlərini qaldıra bilər

Vladimir Falkov əmindir ki, soylent orta statistik şəhər sakininin yeməyindən daha balanslı qida növüdür. Axı ənənəvi məhsulların yetişdirilməsi və hazırlanması qüsursuz deyil və bu, insanların sağlamlığına təsirsiz ötüşmür.

Soylentin qeyri-rəsmi adlarından biri də "rəqəmsal qidadır". Falkov-un sözlərinə görə, burada hər şey o qədər dəqiqliklə hesablanıb ki, belə ölçü-biçi və tarazlığı hər hansı ənənəvi qidada tapmaq mümkün deyil.

İşadamı onu da deyir ki, orta bir adamın günlük soylent paketi 750 rubla (təxminən 11,5 dollara) başa gəlir. Bu, hərəsi 400 kaloridən ibarət olan beş pay deməkdir. Beləliklə, bir qidaya 2,3 dollar xərcləyirsən.

ABŞ-da soylent satan ən tanınmış şirkət ildə təxminən 50 min müştəriyə mal verib.

Soylentə münasibət birmənalı deyil

Hazırda soylenti istər toz şəklində, istərsə artıq həllolunmuş formada – şüşələrdə buraxırlar.

Onun tənqidçiləri iddia edirlər ki, bu qidanı yeyən insanların bir müddət sonra dişləri töküləcək. Ancaq Falkov deyir ki, soylentdən gündə bir neçə dəfə istifadə olunsa, bu problemdən yan ötmək mümkündür.

Bir qrup antropoloq bu çeşid qidalanma tərzinə keçidin insanın genotipini dəyişə biləcəyini düşünür. Axı insan daim qida aramağa "köklənib" və birdən-birə daha qida axtarmaq lazım gəlməsə, insan sivilizasiyasının mərkəzi elementi aradan qaldırılmış olur.

Buna da bax:​ Umberto Eco. Salmon balığıyla necə yol getməli

Hazırda dünyanın tanınmış şirkətləri sintetik zülal istehsalına başlayıblar.

Falkov-un sözlərinə görə, beş il yarım yalnız soylentlə qidalanmış bir amerikalının hər həftə aparılan tibbi təhlilləri onun bir çox tibbi göstəricilərinin yaxşılaşdığını üzə çıxarıb. Həmin şəxsin qanında xolesterin və şəkərin səviyyəsi normallaşıb. Onun saç, dəri və dırnaqlarının durumu yaxşılaşıb. “Çıxan nəticə budur ki, qidamız bizə hər şeyi vermir”, - Falkov belə deyir.

Bir ovuc dən?

Hazırda dünyanın tanınmış şirkətləri sintetik zülal istehsalına başlayıblar. Məsələn, Finlandiyanın "Valio" şirkəti (onun məhsullarını Bakı marketlərində də görmək olar – tərc.) süddən əti əvəzləyən zülal dənələri hazırlayır. Qəhvə istehsalı ilə tanınan «Paulig» şirkətinin bazara çıxardığı "kəsilmiş yulaf" adlı məhsul da yulafdan düzəldilmiş yüksək zülallı "ət" tikələridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG