Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:40

Sovet kinosundan çıxarılan fraqmentlər


"Qafqaz əsiri" filmindən kadr
"Qafqaz əsiri" filmindən kadr

Sovet kinosunun klassikası sayılan filmləri bəzən ekrana çıxmaq ərəfəsində dəyişdirirdilər. Bəzən hər şey o qədər tez baş verirdi ki, tamaşaçılar bu kobud və məcburi montaj kəsiklərini çox aydın hiss edə bilirdilər. "Rossiyskaya qazeta" bir neçə belə film haqda yazı dərc edib.

Sinaqoq məsələsi

Sovet rejissoru Leonid Qayday incəsənətdə düzgünlük və açıqlıq uğrunda ən çox tanınan mübarizlərdən biri idi. Bu səbəbdən onun sovet senzura aparatı ilə münasibətləri gərgin idi. O, tez-tez mübahisəli kadrları və hətta bütöv filmləri senzuranın qayçısından xilas edə bilirdi.

Qaydayın ən çox istifadə etdiyi üsul çox sadə imiş: o, filmə qəsdən təcrübəli senzorun gözdən qaçırmayacağı epizodlar yerləşdirirdi. Məşhur "Qafqaz əsiri""Brilyant əl" filmləri də bu prosesdən keçibmiş.

"Brilyant əl" filmində Nonna Mordyukovanın oynadığı "upravdom"un özünəməxsus ifadələrindən biri senzorların xoşuna gəlmir. Baş qəhrəman, Yuri Nikulinin canlandırdığı Semyon Semyonıçı restorandan sərxoş vəziyyətdə gətirdikləri zaman "upravdom" onun arvadına belə deyir: "Əgər sabah ərinizin məşuqə yanına getdiyi üzə çıxsa, mən təəccüblənmərəm". Bu məqama diqqətlə baxanda səsin aktrisanın dodaqları ilə üst-üstə düşmədiyini görmək olar. Çünki filmin orijinal variantında Mordyukovanın qəhrəmanı sinaqoqdan danışırdı. Senzura bu "milli məsələ"ni yersiz hesab edərək filmdən çıxarıb.

"İvan Vasilyeviç peşəsini dəyişir"

Qaydayın başqa bir sevilən filmi "İvan Vasilyeviç peşəsini dəyişir" filmidir. Özünü çar kimi qələmə verən Bunşanın İsveç səfirini qəbul etməsi səhnəsində Jorj Miloslavski "çar"dan səfirə cavab verməsini tələb edir. "Çar" da ilkin variantda "Sülh, dostluq!" deyir. Ancaq filmdə bu yeri "Hitler kaput!" ifadəsi ilə əvəz ediblər. Çünki filmin yaradıcıları hamını bezdirmiş şüardan qurtulmağa çalışıblar. Ancaq bu dəfə də səs aktyorun dodaq hərəkətləri ilə üst-üstə düşmür.

Məşhur "Şerlok Holms və doktor Vatsonun macəraları" filminin birinci hissəsində Holms öz dostunu deduktiv metodun incəlikləri ilə tanış edir. O, elə ilk ifadəsindən həkimi təəccübləndirir: onun Londona haradan gəldiyini dərhal təyin edir. Filmin orijinalında isə Holms Vatsondan soruşur: "Əfqanıstandan çoxdan gəlmisiniz?". Ancaq senzorlar SSRİ-nin Əfqanıstana qoşun yeritdiyi zamanda bunu təxribat kimi görürlər. Buna görə də bu ifadəni neytral "Şərqdən çoxdan gəlmisiniz?" ifadəsi ilə əvəz edirlər.

"Görüş yerini dəyişmək olmaz"

Sevilən sovet detektivi "Görüş yerini dəyişmək olmaz" filminin bir çox səhnəsi redaktəyə məruz qalıb. İş o yerə çatıb ki, kəsilən səhnələrin ümumi xronometrajı iki saatı keçib. Marina Vladinin qohumları ilə çəkilən səhnə kəsilib. İlkin variantda filmin ilk səhnəsində Şarapov və Levçenko bir alman zabitini əsir götürürdü. Həmin alman zabitini isə baş rolun ifaçısı Vladimir Vısotskinin həyat yoldaşı Marina Vladinin birinci nikahından olan oğlu Pyer Osseyn canlandırırdı. Filmin birinci hissəsində Vladinin kiçik oğlunun oynadığı səhnə də var imiş. Onu da senzorlar kəsiblər.

"Görüş yerini dəyişmək olmaz" filmindən kadr
"Görüş yerini dəyişmək olmaz" filmindən kadr

Ancaq filmdə ən ciddi dəyişikliyə məruz qoyulan final səhnəsi – "Qara pişik"in tutulması səhnəsi olub. Promakaşka rolunu oynayan aktyor İvan Bortnikə improvizasiya etmək təklif olunub. O da özünü çox sərbəst və əsəbi aparıb. Mahnı oxumaqdan başqa, milis əməkdaşına tüpürür də. Güc strukturları sonradan bu səhnənin kəsilməsini tələb ediblər. Ancaq son nəticədə mahnı qalır, Promakaşka isə tamaşaçıların yaddaşına həkk olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG