Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:05

Sovet İttifaqı ilə Finlandiya arasındakı ‘Qış müharibəsi’ndən fotolar

30 noyabr 1939-cu ildə yarım milyona yaxın Sovet ordusu Finlandiyaya hücum edərək Qış müharibəsi-nə başlayıb. Sovet ordusunun gözlənilməz hücumu Kremlin nassislərin Finlandiyadan hücuma keçə bilməsi qorxusu ilə bağlı olub.
Kreml Fin sərhədlərinin Leninqraddan (indiki Sankt- Peterburq) uzaqlaşdırlmasını nəzərdə tutan torpaq mübadiləsinə israr edib. Sovetlərin niyyətindən ehtiyatlanan Finlandiya hökuməti bu təklifdən imtina edib. Bundan sonra Sovet qoşunları Finlandiyaya hücum edib. Bu müharibə 13 mart 1940-cı ildə Moskvada imzalanan sülh müqaviləsi ilə başa çatıb.
Həmin müharibəni əks etdirən və Finlandiya Müdafiə Qüvvələrinin arxivində saxlanılan 700-ə yaxın foto 2013-cü ildə açıq yayım üçün paylaşılıb.

Beynəlxaq ictimayyətin etirazları fonunda radioda çıxış edən SSRİ xarici işlər naziri Wjatscheslaw Molotow isə bəyan edib ki, ölkəsinin təyyarələri ac finlərə bomba deyil, ərzaq ehtiyyatları atır.

Davamı

Bölmələr

XS
SM
MD
LG