Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 07:40

Slovakiya kommunist partiyasını ‘cinayətkar təşkilat’ elan etdi


Sovet lideri Leonid Brejnev bə Çexoslovakiya Kommunit Partiyasının lideri Qustav Husak 1977-ci ildə Moskvada
Sovet lideri Leonid Brejnev bə Çexoslovakiya Kommunit Partiyasının lideri Qustav Husak 1977-ci ildə Moskvada

Slovakiya parlamentinin noyabrın 4-də qəbul etdiyi qanun düzəlişinə görə ölkədə kommunist, faşist və nasist rejimləri ilə bağlı adları daşıyan küçə v başqa yerlərin adları dəyişdiriləcək.

Bu qanun düzəlişinə görə abidə və xatirə lövhələrinə belə rejimlərin simvolikasının yerləşdirilməsi qadağan edilir.

Kommunist rejiminin hüquqazidd və mənəviyyatsız xarakteri barədə 1996-cı il qanununa edilmiş düzəlişə görə Çexoslovakiya Kommunist Partiyası və onun Slovakiya qolu cinayətkar təşkilatlar elan edilir.

Bu qanun düzəlişində yalnız totalitar rejimlərin nümayəndəsi olmuş, lakin sonradan onlara qarşı mübarizə aparmış şəxslər üçün istisna nəzərdə tutulub.

Amma belə bir istisnanın mümkünlüyü barədə qərarı Milli Yaddaş İnstitutu müəyyənləşdirməlidir.

Söhbət ilk növbədə 1968-ci il “Praqa baharı” zamanı Çexoslovakiya Kommunist Partiyası MK-nın birinci katibi olmuş Aleksandr Dubçekdən gedir.

O Çexoslovakiyadakı demokratik dəyiyişiklikləri dəstəkləyib və artıq demokratik Çexoslovakiyada parlamentin spikeri olub.

Qanun küçələrə Slovakiya dövləti nümayəndələrinin adlarının verilməsini qadağan edir.

Bu dövlət İkinci Dünya Müharibəsi illərində nasist Almaniyasının vassaslı olub.

Çexoslovakiya Kommunist Partiyası bu ölkədə 1948-ci ildən 1989-cu ilədək hakimiyyətdə olub.

Həmin vaxt ölkə “sovet blokuna” daxil idi. Bu illərdə yüzminlərlə insan siyasi repressiyalar məruz qalıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG