Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:35

Hərbi hissədəki partlayışla bağlı toplantı olub (Video)


Hərbi hissənin anbarında partlayış olub, xəsarət alanlar var
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Hərbi hissənin anbarında partlayış olub, xəsarət alanlar var

Avqustun 27-si səhər Azərbaycanda N saylı hərbi hissənin silah anbarında yanğın və partlayış baş verib.

Hərbi hissədəki partlayışla bağlı toplantı olub

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş vermiş yanğınla bağlı yaradılmış qərargahın toplantısı keçirilib.

Bu barədə bu gün, avqustun 28-i Müdafiə Nazirliyi məlumat yayıb:

«Növbəti dəfə əraziyə baxış keçirən müdafiə naziri Zakir Həsənov idarə və xidmət rəislərinin iştirakı ilə müşavirə keçirib. Digər dövlət qurumları ilə qarşılıqlı və əlaqəli fəaliyyətin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib».

Məlumatda bildirilir ki, partlayışın nəticələrinin aradan qaldırılması və digər məsələlərin araşdırılması istiqamətində intensiv surətdə işlər davam etdirilir:

«Müdafiə Nazirliyi bildirir ki, utiləşmə məqsədilə hərbi hissənin ərazisinə toplanmış silah-sursat hazırda əhali, eləcə də şəxsi heyət üçün təhlükə yaratmır. Partlamış köhnə sursatların Silahlı Qüvvələrin döyüş hazırlığına heç bir təsiri yoxdur».

Partlayışdan üç ev qəzalı vəziyyətə düşüb

Avqustun 27-si Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində Xızı rayonunda üç yaşayış evi qəzalı vəziyyətə düşüb.

APA-nın xəbərinə görə, Xızı rayon İcra Hakimiyyətindən bildiriblər ki, həmin evlərdə yaşayanlar təhlükəsiz yerlərə köçürülüb. Yaxın ərazidən təxliyə olunan vətəndaşlar isə artıq evlərinə qayıdıb.

Hazırda Xızı rayonuna dəyən ümumi zərərin hesablanmasından ötrü işlər davam etdirilir.

Səhiyyə Nazirliyi: Xəsarət alanların sonuncusu da evə buraxılıb

Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən yanğın və partlayışda xəsarət alan Samir Məmmədyarov evə buraxılıb. Bunu Səhiyyə Nazirliyindən bildiriblər.

Səhiyyə Nazirliyindən həmin şəxsin Bakıdakı xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı məlumatları təkzib ediblər:

«Bizə deyilib ki, həmin şəxs elə dünən, evə buraxılıb və xəstəxanada deyil».

27.08.2017

Yanğının lokallaşdırıldığı bildirilir

Bu gün, avqustun 27-si N saylı hərbi hissədə baş verən yanğının digər ərazilərə keçməsinin və partlayışların genişlənməsinin qarşısının alındığı bildirilir.
Bu barədə AZƏRTAC-ın xəbər yayıb.

Hazırda partlayış nəticəsində ətrafa səpələnmiş qəlpələrin vəərazidə qalan partlamamış sursatların aşkarlanıb zərərsizləşdirilməsi istiqamətindətədbirlər davam etdirildiyi bildirilir.

Eyni zamanda, yaralananlardan 5 qulluqçunun ilkin tibbi yardım göstərildikdən sonra buraxıldığı, digər şəxsin isə xəstəxanada müşahidə altında saxlandığı açıqlanıb.

“ Onun vəziyyəti sabitdir, həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisə nəticəsində digər ağır xəsarət alan və yaxud vəfat edən şəxslər olmayıb.”, məlumatda vurğulanır.

Məlumatda qeyd edilir ki, partlayış yerinə yaxın ərazilərdən təxliyə olunmuş kənd sakinləri artıq, daimi yaşayış yerlərinə qaytarılıblar.

Bakı-Quba avtomobil yolu açılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş yanğın-partlayış hadisəsi ilə bağlı Bakı-Quba avtomobil yolunda nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

Bu barədə məluamt Baş Dövlət Yol Polisi İdarəsindən yayılıb.

İdarədən verilən məlumata görə,saat 16:00-dan etibarən artıq, hər iki istiqamətdə nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

​Kemaləddin Heydərov hadisə yerindədir

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş yanğın davam edir.

Bu barədə APA Agentliyinin xəbərində bildirilir.

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun hadisə yerinə yolldndığı bildirilir. Məlumatda qeyd edilir ki, yanğın miqyası azalsa da, kiçik partlayışlarla müşayiət olunur. Partlayış nəticəsində ətraf ərazilərə uçuşan sursatların törətdiyi yanğınların qarşısı isə alınır.

Sursatların bəzi kəndində bir neçə evdə və boş ərazilərdə səbəb olduğu yanğınların söndürüldüyü bildirilir.

Hərbi hissənin sursat anbarında yanğın
Gözlə

No media source currently available

0:00 0:00:13 0:00

6 nəfər xəsarət alıb, əhali çadırlara köçürülüb”

Müdafiə, fövqəladə hallar nazirlikləri və Baş Prokurorluq hərbi hissədə baş verən yanğınla əlaqədar məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı cinayət işi başlanıb, yaxınlıqdakı kəndlərin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə edilib.
Rəsmi məlumata görə, köçürülən əhali müvəqqəti çadırlara yerləşdirilib

Birgə məlumatda qeyd edilib ki, avqustun 27-si səhər saat 09 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən yanğın baş verib.Nəticədə həmin hərbi hissənin utiləşmə məqsədi ilə hazırlanmış silah–sursat anbarında partlayışlar baş verib.

Azerbaijanda N saylı hərbi hissənin silah anbarında partlayış
Azerbaijanda N saylı hərbi hissənin silah anbarında partlayış

“Dövlət başçısının tapşırığına əsasən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə birgə komissiya yaradılıb. Komissiyaya müdafiə, fövqəladə hallar, daxili işlər, səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq və yerli icra strukturları daxildir. Görülmüş tədbirlər nəticəsində hərbi hissənin ərazisində yaşayan və xidmət keçən şəxslər təhlükəsiz yerə təxliyyə olunublar. Saat 13 radələrinə kimi hadisə yerində işləyən 6 nəfər şəxs yüngül dərəcəli bədən xəsarətləri alıb,
Digər ağır xəsarət alan və ölənlər barədə məlumat daxil olmayıb. Eyni zamanda N saylı hərbi hissənin yaxınlığında olan Sitalçay, Giləzi, Məmmədhəsən və Şürabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə ediliblər. Onlar Fövqəladə Hallar Nazirliyinin qurduğu müvəqqəti çadırlara yerləşdirilir. Digər yaşayış məntəqələri üçün hər hansı bir təhlükə mövcud deyil ”, məlumatda bildirilir.

Birgə açıqlamada vurğulanır ki, baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb.

Azerbaijanda N saylı hərbi hissənin silah anbarında partlayış
Azerbaijanda N saylı hərbi hissənin silah anbarında partlayış

***

N saylı hərbi hissənin silah anbarında baş vermiş yanğın və partlayışlar nəticəsində altı nəfər yaralanıb.

Səhiyyə Nazirliyindən Azadlıq Radiosuna verilən məlumata görə, onların hamısı qəlpə yaraları alıb.

N saylı hərbi hissənin silah anbarında partlayış
N saylı hərbi hissənin silah anbarında partlayış

Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaralarının yüngül olduğu deyilir.Ancaq yaralananların hərbiçi yoxsa mülkü şəxslər olduğu açıqlanmayıb.

Ətraf ərazilərdə də yanğınlar var

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın ətraf ərazilərə də ziyan vurub.

Yerli sakinlərin deməsinə görə, yanğın zamanı partlayişlar nəticəsində mərmi qəlpələri ətrafa da səpələnib. Bu zaman bəzi yaşayış məskənlərində və boş ərazilərdə bir neçə yerdə yanğının baş verdiyi söylənir.

Həmin ərazilərdə yanğının söndürülməsi istiqamətində işlərin sürətləndirildiyi bildirilir.

Buna da bax: Silah zavodunda partlayış görüntüləri - [yeni video]

Əhali köçürülüb

Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin silah anbarında baş verən hadisə ilə bağlı yeni məlumat yayıb.

Nazirliyin növbəti məlumatında bildirilir ki, yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

"Hazırda aidiyyəti qurumların müvafiq təxirəsalınmaz tədbirləri davam etdirilir.”, nazirliyin məlumatında vurğulanır.

Buna da bax: “Yeyintini ört-basdır eləmək istəyə bilərlər”- İsa Sadıqov

***

Bu barədə Müdafiə nazirliyinin məlumatında bildirilir.

“N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub. Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir".

Buna da bax: "Bəzi vəzifəlilər düşünür ki, bizdə belə hadisə ola bilməz"

Hərbi hissədə yanğın. 27avq2017
Hərbi hissədə yanğın. 27avq2017

İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur”, – deyə nazirliyin məlumatında qeyd edilir.

Partlayış səslərini yerli sakinlər də eşidiblər. Onların deməsinə görə, mərmilərdən bəziləri yaxın ərazilərə də düşüb. Əhali narahatlıq içindədir.

Buna da bax: 2 əsgər ölümü, iki fərqli səbəb

Verilən məlumatlara görə, həmin əraziyə gedən yolu bağlayıblar, əhali ərazini tərk edir.

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidədirlər”, – deyə yerli sakinlər bildirirlər.

Hadisə yerinə 10-a yaxın təcili tibbi yardım göndərilib

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.

Buna da bax: Hərbi ekspert: 'İndi partlayırsa, demək ki, hardasa səhlənkarlığa yol verilib'

Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.

Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

Hadisəyə yaxın yaşayış məntəqələrindən əhalinin evakuasiya olunduğu bildirilir.

Buna da bax: Bakıda hərbi təlim poliqonunda partlayış olub, əsgər yaralanıb

Bəzi kəndlərin əhalisi köçürülüb

Yerli sakinlərin verdiyi məlumata görə, partlayış yerinə yaxın bir neçə kəndin əhalisi köçürülüb. Bu partlayışlar nəticəsində mərmi qəlpələrin həmin ərazilərə düşməsi ilə izah edilir.

Həmin ərazilərdə yolun bağlandığı da bildirilir.

Buna da bax: Hərbi hissədə baş vermiş yanğın söndürülüb

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG