Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 08:48

Hərbi hissədə baş vermiş yanğın söndürülüb


Arxiv foto
Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində baş vermiş yanğın söndürülüb.

Yağının silah anbarına keçməsi nəticəsində yarım saat ərzində intensiv partlayışlar baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hərbi hissənin yaxınlığında yaşayan sakinləri evakuasiya ediblər. Hadisə nəticəsində bir nəfər mülki şəxs Kamilə İsgəndərova yüngül yaralanıb.

Yanğınla bağlı Beyləqan hərbi prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

BEYLƏQANDA HƏRBİ HİSSƏDƏ PARTLAYIŞ BAŞ VERİB

Hadisə şahidlərinin APA informasiya agentliyinə verdikləri məlumata görə, hərbi hissəsinin texnika parkında minaatan batareyaya məxsus hərbi avtomobildə yanğın başlayıb. Yanğın nəticəsində avtomobildə olan sursat partlayıb. Partlayan mərmilərin qəlpələri bir neçə kilometr ətrafa səpələnib. Yaxınlıqda yaşayan sakinlər evlərindən və təhlükəli ərazilərdən çıxarılıb.

Beyləqan rayon polis şöbəsindən Lent.az-a bildirilib ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar var. Hadisə nəticəsində kənd sakinlərindən bir qadının yaralandığı bildirilir. Hərbçilər arasında həlak olanların olub-olmadığı hələlik bəlli deyil.

Yanğın saat 22 radələrində söndürülüb.

Hazırda FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
XS
SM
MD
LG