Keçid linkləri

2025, 07 Dekabr, bazar, Bakı vaxtı 19:39

Bakıda hərbi təlim poliqonunda partlayış olub, əsgər yaralanıb


Bakıda təlim poliqonunda partlayış olub.

APA-nın məlumatına görə, hadisə mayın 25-də Müdafiə Nazirliyinin Qaraheybət təlim poliqonunda qeydə alınıb.

Məlumata görə, poliqonda təlimdən sonra partlamayan mərmilərin zərərsizləşdirilməsi və ərazinin təmizlənməsi zamanı əsgər, 1994-cü il təvəllüdlü Həsənli Vüsal Azad oğlunun tapdığı sursat əlində partlayıb. Əsgər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin yaralanması faktını təsdiqləyib.
XS
SM
MD
LG