Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:05

Birinci kanal Şimali Koreyanı Rusiyaya sevdirməyə çalışır


Birinci kanalda Şimali Koreya haqda süjet

Artıq bir neçə həftədir ki, bütün dünya Şimali Koreya hökumətinin yaratdığı raket təhlükəsindən danışır və bu raketlərin yeni tammiqyaslı hərbi münaqişəyə yol açacağından ehtiyatlanır. ABŞ prezidenti Donald Trump-ın güc ssenarisi də daxil olmaqla, bütün ssenarilərin masanın üzərində olmasına dair bəyanatları bu qorxunu daha da artırır. Bu azmış kimi, Kim Jong Un Trump-a cavab olaraq deyib ki, hər növbəti raket atışı ABŞ-a məxsus Quam ərazisinə mümkün hücuma «prelüd»dür.

Belə bir zamanda ayrı-ayrı Rusiya televiziya kanalları, xüsusilə də Birinci kanal Rusiyaya tamamilə başqa bir Şimali Koreya göstərir, onu rusiyalılara reklam edir və «düzgün» sosializmi qura bilmiş ölkə kimi qələmə verir.

***Buna da bax-Jim Mattis: 'Biz Şimali Koreyanın total məhvini istəmirik…'

Birinci kanalın Şimali Koreyaya həsr etdiyi kiçik videolara (roliklərə) və reportajlara inansaq, Şimali Koreya «Paris və Romanın rəqibi» və sosializmin qalib gəldiyi gözəl bir ölkədir. Burada insanlar çox xoşbəxtdirlər.

«HƏR ŞEY GÖZƏLDİR»

Bu nədir? Əhalinin nostalgiyasını daha bir «yağlama» cəhdi, yoxsa gələcək hərbi müttəfiqlə münasibətlərin qurulmasına hazırlıq?

Rusiyada Şimali Koreyanın reklam kampaniyası hələ bu ilin yazında başlayıb. O zaman federal kanalların jurnalistlərindən və tanınmış videobloqqerlərdən ibarət «desant» dəstəsi Şimali Koreyaya səfər edərək, rusiyalıları «çuçxe ölkəsi»ndə (Şimali Koreyanın milli kommunist dövlət ideologiyası «çuçxe» kimi tanınır) yaşamağın nə qədər gözəl olduğuna inandırmağa başladı. Ancaq indi bu reklam daha yüksək mərhələyə qədəm qoyub.

«KXDR-da hər şey gözəldir və yalnız ilk baxışdan hər şey eyni görünür», – deyə Birinci kanalın jurnalistləri tamaşaçıları əmin edir.

Onlar «kraxmallanmış ağ əlcək, yaxalıq və ağappaq corab geyən» yerli yol hərəkət qaydaları nizamlayıcılarına heyranlıq ifadə edir, hər səhər şəhərlərin meydanlarına çıxaraq, «təbil, bayraq və mahnılarla ərlərini əmək döyüşünə yola salan» evdar qadınların həmkarlar ittifaqından ağız dolusu danışırlar.

***Buna da bax-'Şimali Koreya müharibəsi qaçılmaz deyil', ancaq təhlükə qalır

Şimali Koreya haqqında reportajlarda yeni tikilən stadionları nəhəng maqnoliya çiçəkləri ilə müqayisə edir, paytaxt Pxenyanı isə «min restoran şəhəri» adlandırırlar. Bu restoranlarda hər gün yeyə biləcəyiniz minimal gündəlik yemək dəsti 15 taamdan ibarətdir. Bu reklam süjetlərində Şimali Koreya sakinlərinin illərlə əziyyət çəkdiyi ərzaq qıtlığı, aclıq və ərzaq kartları haqqında bircə kəlmə də deyilmir.

«PARİS VƏ BERLİNƏ RƏQİB OLA BİLƏR»

Rusiyalı turisti başqa hansı yollarla Şimali Koreyaya cəlb etməyə çalışırlar? Təbii ki, qeyri-ənənəvi şərq təbabəti ilə.

«Çaylar, kosmetika və enerji içkiləri, spirtli məhlullar, ekstraktlar, həblər, kapsul və tozlar – bütün bunları hər bir Koreya aptekindən almaq mümkündür», –deyə süjetin müəllifləri deyirlər.

Həmin apteklərdə müasir dərmanların olub-olmamasından da söz açılmır.

«Qalib gəlmiş sosializm ölkəsində parlaq jurnallar olmasa da, moda var... Pxenyan Paris və Milanla bərabər addımlayır – burada da monoxrom (eyni rəngin fərqli çalarları) dəbdədir. Təsəvvür edirsiniz, ölkənin paytaxtında hətta elit gözəllik salonları da var!» – Birinci Kanal davam edir.

Birinci Kanala inansaq, Şimali Koreya heç də Avropadan pis deyil.

«Küçələrdə əkilmiş rəngarəng çiçəklər Paris və Berlinə rəqib ola bilər», – deyə süjetin müəllifi vurğulayır.

Bu reportajlarda raket sınaqları, edamlar, vətəndaşların həyatının bütün sahələrinin hökumətin ciddi nəzarəti altında olmasından bircə kəlmə də danışılmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG