Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 16:25

Jim Mattis: 'Biz Şimali Koreyanın total məhvini istəmirik…'


Şimali Koreya hidrogen bombasının sınağını keçirdiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Şimali Koreya hidrogen bombasının sınağını keçirdiyini deyir

ABŞ prezidenti Donald Trump deyir ki, ölkəsi özünü və müttəfiqlərini «diplomatik, adi silahlar və nüvə qabiliyyəti» ilə müdafiə etməyə hazırdır. Bundan öncə Şimali Koreya uzaqmənzilli raketə yüklənə bilən hidrogen bombasını sınaqdan keçirdiyini bildirib.

Trump sentyabrın 3-də danışıb. Ondan öncə müdafiə naziri Jim Mattis deyib ki, Birləşmiş Ştatlara hər hansı hədəyə «kütləvi» hərbi cavab veriləcək və Şimali Koreya hərəkətləriylə «tam məhv» riskiylə üzləşir.

Bu arada Cənubi Koreya ordusu bildirib ki, hava qüvvələri və ordusu nüvə raketi təlimi keçirib və bu, Pxenyanın şübhəli hidrogen bombasını partlatmasına cavab olaraq gerçəkləşdirilib.

***Buna da bax-ABŞ və Cənubi Koreya hərbçilərindən Pxenyana xəbərdarlıq

«YANLIŞ ADDIM»

Ölkənin baş qərargah rəisi sentyabrın 4-də bildirib ki, ordu Şimali Koreyanın nüvə sahəsinə hücum imitasiyası yaradan canlı atəş təlimi aparıb, «Şərq dənizində hədəfləri» vurub.

Şimali Koreya qitələrarası ballistik raketə (ICBM) yüklənə bilən hidrogen bombasını uğurla sınaqdan keçirdiyini açıqlayandan sonra yarımadada onsuz da gərgin atmosfer bir az da gərginləşib.

Şimali Koreyanın dövlət mediasının məlumatına görə, altıncı nüvə sınağı «tam uğurla» keçib və ölkənin nüvə silahları proqramının tamamlanmasında «mənalı» addım olub.

Şimali Koreya Quam adasına raket zərbəsi ilə hədələyir
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

BMT qətnamələri Şimali Koreyanın nüvə və ballistik raket proqramını qadağan edir, ancaq Pxenyan bütün dünyaya meydan oxuyaraq sınaqları davam etdirir.

Dünya ictimaiyyəti indiyədək görünməmiş birlik sərgiləyərək son nüvə sınağını pisləyib. Çin Pxenyanı «yanlış» addımları dayandırmağa çağırıb. Rusiya deyib ki, bu, «ciddi fəsadlar» yaradar.

***Buna da bax-'Şimali Koreya müharibəsi qaçılmaz deyil', ancaq təhlükə qalır

«DÜŞMƏNÇİLİK VƏ TƏHLÜKƏ»

Trump Twitter-də yazıb ki, «Pxenyanın sözləri və hərəkətləri Birləşmiş Ştatlara düşmənçilik və təhlükə sərgiləməkdədir».

J.Mattis ABŞ-ın baş qərargah rəisi Joseph Dunford-la yanaşı dayanaraq jurnalistlərə deyib:

«Biz bir ölkənin, Şimali Koreyanın total məhvini istəmirik. Dediyim kimi, bunu etməyə bir neçə variantımız var».

Sentyabrın 4-də BMT-nin Təhlükəsizlik Şurası ABŞ, Yaponiya, Fransa, Britaniya və Cənubi Koreyanın xahişiylə yığışacaq, böhranı müzakirə edəcək.

BMT-nin baş katibi Antonio Guterres son nüvə sınağını pisləyib, sözçüsü bunun regional təhlükəsizliyə dərin sabitsizlik yaratdığını bildirib.

Hidrogen bombası adi atom bombasından güclüdür. Birləşmiş Ştatlar İkinci Dünya müharibəsinin sonuna yaxın Yaponiya üzərinə həmin bombadan atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG