Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:33

'Şimali Koreya müharibəsi qaçılmaz deyil', ancaq təhlükə qalır


Seulda kişi xəbərləri izləyir.
Seulda kişi xəbərləri izləyir.

Şimali Koreyayla hərbi qarşıdurma qaçılmaz deyil, ancaq müharibə ehtimalı qalmaqdadır. Bu xəbərdarlıqla Birləşmiş Ştatların milli təhlükəsizlik rəsmiləri çıxış edib.

«Müharibəyə bir həftə öncəki kimi yaxın deyilik, ancaq 10 il öncəkindən daha yaxınıq», – prezident Donald Trump-ın milli təhlükəsizlik müşaviri, ordu general leytenantı H.R.McMaster avqustun 13-də deyib.

«BU GÜN QAÇILMAZ BİR ŞEY YOXDUR»

McMaster ABC televiziyasının «This Week» proqramına bildirib ki, Birləşmiş Ştatlar dövlət katibi Rex Tillerson-un rəhbərliyi ilə «çox qətiyyətli» diplomatik işi davam etdirir. Bu iş Şimali Koreyaya yeni maliyyə sanksiyaları ilə paralel aparılır.

Pxenyan BMT sanksiyalarına meydan oxuyaraq qitələrarası ballistik raketləri (ICBM) sınaqdan keçirəndən sonra Trump-la Şimali Koreya lideri Kim Jong Un bir-birlərini hədələyiblər.

Trump elan edib ki, ABŞ ordusu müharibəyə hazır vəziyyətdədir. O, Kim-ə xəbərdarlıq edib ki, ABŞ ərazilərinə və müttəfiqlərinə qarşı hər hansı addım atsa, «buna çox tezliklə peşman olacaq».

Şimali Koreya Quam adasına raket zərbəsi ilə hədələyir
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

«Bu gün qaçılmaz bir şey yoxdur, ancaq Şimali Koreya bilməlidir ki, Birləşmiş Ştatların səbri tükənib».

Bunu isə avqustun 13-də «Fox News»un «Sunday» proqramına Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Mike Pompeo deyib.

«Şimali Koreyadan almaq istədiyimiz reaksiya budur ki, Amerikanın daha strateji səbir etməyəcəyini, onlara silah proqramını hazırlamağa davam etməyə imkan verməyəcəyini anlasınlar. Bu qədər birbaşa deyirik», – Pompeo vurğulayıb.

«MÜHARİBƏSİZ ÇIXMAĞA ÇALIŞIRIQ»

Bu arada ABŞ-ın Baş Qərargahlar rəisi general Joseph Dunford Asiyaya səfər edir, onun Cənubi Koreya, Yaponiya və Çin liderləriylə görüşəcəyi gözlənir.

Dunford jurnalistlərə deyib ki, «regiondakı temperaturu duymaq» istəyir, həmçinin diplomatik və iqtisadi təzyiq kampaniyası alınmazsa, hərbi variantları müzakirə edəcək.

«Hamımız bu durumdan müharibəsiz çıxmağa çalışırıq», – Dunford söyləyib.

Şimali Koreyada çıxan «Minju Joson» qəzeti isə bu səfər ərəfəsində baş məqaləsində yazıb ki, Pxenyan ordusu ABŞ-ın istədiyi istənilən müharibəni aparmağı bacarar.

XS
SM
MD
LG