Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:44

AB “Siemens” turbinlərinə görə sanksiyaları razılaşdırıb


“Siemens” şirkətinin qaz turbini

Avropa Birliyində Krıma Almaniyanın “Siemens” şirkətinin qaz turbinini qanunsuz olaraq daşıdığına görə Rusiyaya qarşı sanksiyalar razılaşdırılıb. Bu barədə AzadlıqRadiosunun Brüsseldəki müxbiri xəbər verir.

Sanksiyalar siyahısına üç şirkətin və dörd şəxsin adı salınıb. Yeni məhdudlaşdırıcı ölçülər hələ Avropa Birliyi Şurasında da təsdiqlənməlidir. Bundan öncə Reuters yazırdı ki, sanksiyalar siyahısına Energetika Nazirliyi və turbinləri daşıyan şirkətin əməkdaşları daxil edilib.

“Siemens” “Taman” layihəsi üçün nəzərdə tutulmuş 4 turbinin qanunsuz olaraq Krıma daşındığını bəyan edib. Buna görə də şirkət iyulun 21-də onları geri almaq və müqaviləni ləğv etmək istədiyini açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG