Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 06:04

Şimali Koreyanın raket sınağı uğursuz olub


Şimali Koreya, ballistik raketlər hərbi paradda, 15 aprel 2017

ABŞ ordusu bildirir ki, aprelin 16-da Şimali Koreya raket sınaqdan keçirməyə cəhd göstərsə də, bu cəhd uğursuz olub. Raketin “demək olar ki, dərhal” partladığı bildirilir.

Cənubi Koreyada əsgərləri olan ABŞ ordusu bildirir ki, uğursuz sınaq ABŞ-ın vitse prezidenti Mike Pence Seula çatmamışdan bir neçə saat öncə keçirilib.

ABŞ ordusunun “Koreya Respublikası və Yaponiyadakı müttəfiqləri ilə yaxından işləyərək təhlükəsizliyi təmin etməyə tam sadiq olduğu” bildirilir.

Birləşmiş Ştatlardan öncə Cənubi Koreya rəsmiləri də raket sınağının uğursuz olduğunu bildirmişdilər.

Şimali Koreyanın altıncı nüvə sınağı keçirəcəyi, yaxud vacib raket buraxacağı gözlənirdi.

Vitse prezident Pence aprelin 16-da Cənubi Koreyada olacaq, o, Asiya- Sakit Okean regionuna 10 günlük səfərə gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG