Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 05:02

Şimal rayonlarında yağıntı gözlənir


Yağış, arxiv foto

Avqustun 4-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti proqnozlaşdırılır.

Avqustun 4-də Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir, lakin gündüz bəzi şimal və qərb rayonlarında yağış yağacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təxmin edilir.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG