Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

'Orta məktəb attestatı alanların sayı azalır' [media icmalı]


Attestat (arxiv fotosu)
Attestat (arxiv fotosu)

Kənd təsərrüfatı sahəsində vəziyyət, ölkə bazarında idxalın payı və təhsilə aid göstəricilər bu gün - 27 yanvar, 2018-ci il medianın aparıcı mövzularındandır...

“Xəzinənin açarı...”

Azadlıqinfo.az” saytında “Orta təhsil attestatı ala bilməyən şəxslərin sayı 3.2 dəfə artıb” sərlövhəli yazı diqqəti cəlb edir.

Yazıda elm və təhsil sahəsindəki vəziyyətlə bağlı iqtisadçı-ekspert Nemət Əliyev düşüncələrini bölüşüb.

Müəllif vurğulayıb ki, Azərbaycanın mütəfəkkirlərindən Seyid Əzim Şirvanin, hələ 130 il bundan əvvəl təhsili xəzinəyə, elmi isə bu xəzinənin açarına bənzədib.

Buna da bax: Fransa 'Ümumdünya sərgisi'nə pul tapmır, Azərbaycansa...

Nemət Əliyev
Nemət Əliyev

Yazıda bunun ardınca da idda edilir ki, ölkədə hazırda tam orta təhsil haqqında attestat ala bilməyən sayı 2017-ci ildə artıb:

“Müşahidələr göstərir ki, məhz elmə, təhsilə daim diqqət ayıran, bu sahələrin inkişafını prioritetə çevirən ölkələr, xalqlar bu gün əksər sahələrdə irəli çıxaraq dünyaya meydan oxuyurlar. Fəqət bizdə bu böyük xəzinəyə diqqət uzun müddət arxa planda tutulub. Odur ki, ölkə zərbə ardınca zərbələr alır”.

N.Əliyev deyib ki, əhalinin təhsilinin artmasına dair rəsmilərin gurultulu bəyanatlar verməsinə baxmayaraq bu sahədə vəziyyət pisləşir.

Yazıda vurğulanır ki, 2016-cı ildə ümumi təhsil müəssisələrini 86,8 min nəfər bitirib, 2017-ci ildə isə bu rəqəm 83,3 min nəfər təşkil edib.

Buna da bax: Prezident: ‘Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb’

Müəllif yazıb ki, 2016-cı ildə 86,3 min nəfər tam orta təhsil haqqında attestat alıb. 2017-ci ildə isə bu rəqəm 81,7min nəfər olub.

Yazıda qeyd edilir ki, attestat alan məzunların sayı 4,6 min nəfər azalıb.

Müəllif vurğulayır ki, orta ixtisas təhsili sistemində də vəziyyət yaxşı deyil.

Yazıda dövlət xətti ilə xarici ölkələrdə təhsil alan tələbələrin sayında da azalma olduğu bildirilir:

“Nəzərə almaq lazımdır ki, yalana söykənən hesabatlar tərtib etməklə irəli getmək mümkün deyil”

Ekspert: “İdxal tezliklə azalmayacaq”

Exo” qəzetində “Azərbaycan idxalda təhlükəli xəttə yaxınlaşıb” sərlövhəli yazı oxumaq olar.

Buna da bax: Son 5 ildə Azərbaycan yarış və şoulara nə qədər pul xərcləyib? [video]

Yazıda ölkədə idxal bazarı ekspert Nəriman Ağayevlə təhlil edilib.

Nəriman Ağayev
Nəriman Ağayev

N.Ağayev deyib ki, Azərbaycanın idxal bazarı lazımı səviyyədə təhlil edilmir və onun “xəstə yerləri” aşkarlanmır:

“Ölkədə iqtisadi artım idxal malları üzərində ixrac mallarının üstünlük təşkil etməsi sayılır. İdxalı əvəzləmək prosesi yerli məhsulların idxal üzərində üstünlük prosesidir. Bu milli təhlükəsizlik məsələsidir, bu mənada ərzaq sektorunda idxal artıq qorxulu “xəttə” yaxınlaşır. Bazarda idxalın payı, hələ 25 faizə çatdıqda bu kritik vəziyyət sayılır, Azərbaycan bazarında isə 25 faizlik hədd çoxdan keçilib, bəzən 40 faizə çatır”.

N.Ağayev vurğulayır ki, qeyri-ərzaq sahəsində də idxalın payı yüksəkdir. Onun deməsinə görə, tikinti materialları sahəsində idxalın payı 50 faizi ötür:

“Yüksək texnologiyalar sahəsində isə idxalın payı 100 faizdir”

Buna da bax: ÜDM azalıb

Ekspert ehtimal edib ki, yaxın vaxtlarda ölkədə idxaldan asılılığı azaltmaq mümkün görünmür:

“Bazar idxal malları ilə aşıb-daşır. Bunu adi gözlə də görmək olur. Odur ki, arzu ediləni gerçəklik kimi təqdim etmək olmaz. Məhsulu yetişdirmək, hələ azdır. Həmin məhsulun ixrac tələblərinə cavab verməsindən ötrü keyfiyyəti də yüksək olmalıdır”.

N.Ağayev deyib ki, bu sahədə bazarı təhlil etmədən hansısa uğur qazanmaq mümkün deyil.

Onun fikrincə, bundan ötrü plan, maliyyə, kreditləşmə imkanları olmalıdır.

Bununla belə, yazının sonunda rəsmi qurumlara istinadən bildirilir ki, 2017-ci ildə Azərbaycanın qeyri-neft ixracı 1 milyard 538 milyon dollar həcmində olub. Bu da 2016-cı il ilə müqayisədə 24 faiz artım deməkdir.

Buna da bax: Azərbaycanda yoxsullar Rusiyadan da azdır? [media icmalı]

Kənd təsərrüfatının səmərəsi

Azərbaycan” qəzetində “Kənd təsərrüfatında səmərəlilik artır” sərlövhəli yazı dərc edilib. Yazıda “Exo” qəzetində yer alan fikirlərə əks iddialar üstünlük təşkil edir.

Yazıda bildirilir ki, 2017-ci ildə qeyri-neft sektorunda 4,1 faiz artım baş verib.

Müəllif hesab edir ki, bu yüksəliş kənd təsərrüfatı hesabına əldə edilib. Bu isə onun fikrincə, aparılan islahatların nəticəsidir.

Yazıda vurğulanır ki, hazırda dünyada torpaqların həddən artıq istismarı nəticədə məhsuldarlıq aşağı düşür. Bu isə qiymətlərin artmasına səbəb olur:

“Odur ki, Azərbaycanda həyata keçirilən aqrar islahatların başlıca məqsədi kənd təsərrüfatı məhsullarının idxalını azaltmaq, ixracını artırmaqdır. Son dövrlər ərzaq məhsullarının ixracının ildən-ilə artması bu sahədə uğurların əldə edilməsinə sübutdur. Ərzaq təhlükəsizliyi indeksinə görə, Azərbaycan dünyada 57-ci yerdədir ki, bu, böyük nailiyyətdir”.

Buna da bax: Manatın devalvasiyası 'Azərbaycan paltaryuyanı' ilə bağlı idimi?

İlham Əliyev Zirədə yaradılmış aqroparkda
İlham Əliyev Zirədə yaradılmış aqroparkda

Müəllif yazır ki, son vaxtlar ölkədə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq və çəltikçilik inkişaf etdirilməkdədir. Yazıda qeyd edilir ki, 2017-ci ildə 207 min ton pambıq, 245 ton barama istehsal olunub, fındıq bağları artıq 55 min hektara çatdırılıb.

Müəllif aqrar sektorun əhəmiyyətini çatdırmaqdan ötrü prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından sitat da gətirib:

“... Kənd təsərrüfatı dövlətin dəstəyi olmadan inkişaf edə bilməz. Bunu hamı bilməlidir. Əlbəttə ki, rentabellik olmalıdır. Bəzi sahələr rentabellidir, bəzi sahələr subsidiya hesabına yaşamalıdır. Bu, inkişaf etmiş ölkələrdə də belədir. Orada da subsidiyalar var, orada da dövlət fermerləri dəstəkləyir ki, ərzaq təhlükəsizliyi təmin edilsin, iş yerləri yaradılsın. Biz də bu yolla gedirik”.

XS
SM
MD
LG