Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

‘Əlvida neftin bahalaşdığı 2017’ [media icmalı]


Karikatura. Şerif.
Karikatura. Şerif.

Yerli istehsalın beynəlxalq standartlara uyğunlaşdırılması, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması, 2017-ci ildə neftin qiymətində və dolların məzənnəsində baş verən dəyişikliklər 30 dekabr (2017) medianın aparıcı mövzularındandır...

Yeni pullu agentliyin imkanları...

Azadlıqinfo.az” saytında “Yeni agentlik sahibkarlara kömək edə bilməyəcək” sərlövhəli yazı oxumaq olar.

Buna da bax: Sahibkarlığa yardım edəcək agentlik yaradılır

Yazıda iqtisadçı ekspert Nemət Əliyev dekabrın 28-də yaradılan “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi”nin gələcək imkanlarını təhlil edir.

N.Əliyev hesab edir ki, bu yeni yaradılan agentlik sahibkarların illərlə yığılan problemlərini həll edə bilməyəcək. Onun fikrincə, heç sahibkarlara ucuz kredit əldə etmək imkanı da yaranmayacaq: “Monopoliya, haqsız rəqabət, korrupsiya, məmur özbaşınalığı, qanunsuzluq kimi investisiya mühitini korlayan, işgüzar fəaliyyəti baltalayan halların aradan qaldırılması istiqamətində hər hansı fəaliyyətin də bu agentliyə elə bir aidiyyatı olmayacaq. Bu agentlik o məqsədlə yaradılmayıb və adındakı “inkişaf” sözü çaşqınlıq yaratmamalıdır”.

Buna da bax: Gürcüstan birinci, Azərbaycan sonuncu yerdədir...

Nemət Əliyev
Nemət Əliyev

N.Əliyev vurğulayıb ki, bu agentlik pullu ödəniş qarşılığında təlim, məsləhət, informasiya, maliyyə təyinatlı və bir sıra texniki xarakterli xidmətlər göstərəcək:

“Vəssalam! Ən yaxşı halda bu fərman pullu xidmətlərin siyahısını bir az da böyüdəcək”.

Buna da bax: Leyla Yunus: 'CNN-də Azərbaycanın reklamlarına inanmayın'

Ekspertə görə, tariflər ucuz olsa bu qurumun sahibkarlara müəyyən faydası dəyə bilər.

İqtisadçı xatırladır ki, kənd təsərrüfatı məhsullarının saxlanmasından ötrü bir müddət öncə soyuducu-anbarlar yaradılıb. Amma xidmət haqlarının çox baha olduğunu bildirən əksər sahibkarlar anbarlara yaxın düşməyib.

N.Əliyev hesab edir ki, əgər sahibkarı vergi və ya gömrük məmuru sıxışdırırsa agentliyin məsləhəti işə yaramayacaq:

Buna da bax: Manatın devalvasiyası 'Azərbaycan paltaryuyanı' ilə bağlı idimi?

“Çünki sahibkara verəcəyi məsləhətin yönünü, xarakterini agentlik özü müəyyən edəcək Belə olan halda, sahibkarın onu qane etməyən, onun üçün elə də əhəmiyyəti olmayan “məsləhətə” rahatlıqla pul xərcləyəcəyini düşünmək də sadəlövhlük olardı”.

Dolların ucuzlaşdığı il

Marja” saytında “Dünya 2017-ci illə dolların ucuzlaşması və neftin bahalaşması ilə vidalaşır” sərlövhəli yazı diqqət çəkir.

"BTB" bankda valyuta kursları. 31yan2017
"BTB" bankda valyuta kursları. 31yan2017

Buna da bax: Manat sərbəst buraxıldı. 1 dollar 1.55 manat oldu

Yazıda bildirilir ki, 2015-ci ilin yayından başlayaraq ucuzlaşan Brent nefti (o cümlədən WTI) 2016-cı ilin yanvar ayının 20-də 39,6 dollaradək düşüb. Sonradan neft qiymətləri bir qədər artaraq 2016-cı ilin sonunda 58 dolları keçib:

“2017-ci ilin birinci yarısında yenidən neft qiymətlərinin geriləməsi müşahidə olundu və İyun ayının sonuna yaxın Brent neftinin qiyməti 45 dollara yaxınlaşdı.

Lakin OPEC və tərəfdaşlarının hasilatlarını azaltmağa qərar vermələri ilə neft qiymətləri yüksəlməyə başladı. Brent nefti 2017-ci ili 66,62, ABŞ xam nefti (WTI) isə 60,25 dollar qiymətlə başa vurur”.

Buna da bax: V.Əhmədov: 'Devalvasiyalar təsirini indi də göstərir'

Yazıda vurğulanır ki, ABŞ dolları ötən ilin sonunadək avro qarşısında bahalaşıb. Avro ötən ilin sonunda 1.05 dollar səviyyələrinə düşüüb: “2017-ci ildə isə avro dollar qarşısında bahalaşdı. Məzənnə 2017-ci ili 1.2005 dollar səviyyəsilə bağlayıb. Beləliklə, bu il dollar avro qarşısında 14 faiz ucuzlaşıb”

Yazıda bildirilir ki, 2017-ci ildə dollar manat qarşısında da ucuzlaşıb. 2017-ci ilin əvvəlində 2 manata yaxınlaşan bir dollar hazırda 1.70 manata bərabərdir...

Buna da bax: Minimum əməkhaqqı 116-dan 130 manata qaldırıldı

“Keyfiyyət yüksəldikcə...”

Azərbaycan” qəzetində “Keyfiyyət yüksəldikcə tələb də artır” sərlövhəli yazıda qeyri-neft sektorunda ixrac imkanları dəyərləndirilir.

Müəllif yazır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı, sənaye və ticarət sahəsindəki islahatlar ölkənin sosial-iqtisadi həyatında yeni mərhələnin başlanmasıdır.

Buna da bax: Prezident ailəsinin biznesi…

Yazıda vurğulanır ki, ölkədə sosial-iqtisadi sıçrayış baş verib və Azərbaycan dünyanın inkişaf etmiş ölkələri arasında iqtisadi zona kimi tanınıb:

“Yerli məhsulların ixrac potensialının yüksəldilməsi, keyfiyyət infrastrukturu sahələrinə xüsusi diqqət və milli standartların beynəlxalq iqtisadi normalara uyğunlaşdırılması isə Azərbaycan brendinin dünyaya yeni təqdimatına şərait yaradıb”.

İlham Əliyev Zirə qəsəbəsində "Bakı Aqropark"da, 04dek2017
İlham Əliyev Zirə qəsəbəsində "Bakı Aqropark"da, 04dek2017

Müəllif hesab edir ki, qeyri-neft ixracına maraq yaratmaqdan ötrü texniki maneələrin aradan qaldırılması, təhlükəsiz, keyfiyyətli məhsul istehsalı və müasir idarəetmənin tətbiq olunması tələb edilir.

Yazıda vurğulanır ki, hazırda “Made in Azarbaijan” brendi dünya bazarında öz layiqli yerini tutub:

Buna da bax: Deputat: 'İslahatlar başlayandan vaxtı keçmiş kreditlər azalmaq əvəzinə, artıb'

“Təkcə 2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektorunda ixrac əməliyyatlarının 1 milyard 387 milyon ABŞ dollar olması və burada 1824 subyektin iştirakı bunun sübutudur”.

Müəllif hesab edir ki, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkədə qüvvədə olan standartlar daim təkmilləşdirilir. Milli standartların 45 faizi artıq, beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılıb.

XS
SM
MD
LG