Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 20:18

'Şaxta Baba'lar prezidentin getməsini tələb edirlər


Park Geun

Cənubi Koreyanın paytaxtı Seulda Şaxta Baba kostyumu geyinən yüz minlərlə adam prezident Park Geun-hye-nin dərhal vəzifəsindən getməsi tələbiylə etiraz yürüşü keçirib.

Cənubi Koreyada prezident əleyhinə etirazlar 9 həftədir davam edir.

Dekabrın 9-da ölkə parlamenti prezidentin impiçmentinə səs verib. Parlamentin qərarına qədərki aksiyalar istefa tələbiylə keçirilirdi.

"Şaxta Baba"ların aksiyasında etirazçılar Prezident Sarayına, baş nazirlik və Konstitusiya Məhkəməsinin binasına yürüş edib. Etirazçılar tez-tez "Parkı dərhal həbs edin" şüarı səsləndirib.

Ölkə prezidentinin korrupsiya qalmaqalıyaxın dostu Choi Soon-sil-in haqqındakı ittihamlardan sonra ortaya çıxıb. Choi hakimiyyətdə hər hansı vəzifə tutmasa da özünü prezidentin dostu kimi təqdim edib 9 milyon dollar mənimsəməkdə ittiham olunur.

XS
SM
MD
LG