Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:26

Penitensiar xidmət: 'Dediyiniz şəxsin səhhətində problem varsa...'


Seymur Həzi
Seymur Həzi

“Azadlıq” qəzetinin 5 il həbs cəzası almış əməkdaşı, xaricdən yayımlanan “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin səhhətində problemlər yaranıb.

Həbsxana rəhbərliyi onun müalicəsinə imkan vermir. Noyabrın 14-də jurnalistlə görüşən xanımı - Nigar Həzi AzadlıqRadiosu-na belə deyib.

Buna da bax:​ Sevgi elə bir hissdir ki...

“Hələ də xəstəxanaya yerləşdirilməyib”

Onun sözlərinə görə, Seymur Həzinin revmatizm ağrıları getdikcə şiddətlənsə də, saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi müalicəsinə imkan vermir.

“Hava da soyuyub. Seymurun ağrıları get-gedə şiddətlənir. Həbsxana şəraitində, beton divarlar arasında bu ağrılara dözmək çox çətindir. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi müayinəyə göndəriləcəyini demişdi, amma hələ də xəstəxanaya yerləşdirilməyib. İndi rəhbərlik deyir ki, biz səni göndərə bilmərik... Mən də qalın pal-paltar aparmışdım bu gün ona, amma ona ciddi müalicə lazımdır”.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyilənləri AzadlırRadiosu-na təkzib edir. O, Seymur Həzinin müalicəsinə hər hansı maneə yaradılmasını mümkünsüz sayır və deyir ki, müraciət edəcəyi halda müayinə və müalicəsinə şərait yaradılacağına əmindir:

Buna da bax:​ Jurnalist Seymur Həzinin səhhəti pisləşib

“Yaxınları kənardan mütəxəssis dəvət edə bilərlər”

“Həkimlər Penitensiar Xidmətə tabe deyillər, onlar Tibb Baş İdarəsinə tabedirlər. Neçə il öncə tibbi xidməti Penitensiar Xidmətin nəzarətindən çıxardılar ki, həkimlər müstəqil olsunlar. Məhkumların müalicəsi bizim müdaxiləmiz olmadan həyata keçirilir. Dediyiniz şəxsin səhhətində problem varsa, buyurub həkimlərə müraciət edə bilər. Eyni zamanda, məhkum müalicədən narazıdırsa, onun yaxınları kənardan mütəxəssis dəvət edə bilərlər. Həmin həkim onu həm müayinə edə, həm müalicə təyin edə bilər”.

Mehman Sadıqov məhkumların başqa hüquqları kimi, müalicə hüquqlarının da qorunduğunu söyləyir.

Buna da bax:​ Seymur Həzi 'İfadə Azadlığı Mükafatı'na namizədlər sırasında

Xatırlatma

Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edib və “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

“Amnesty International” təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG