Keçid linkləri

2017, 27 Sentyabr, çərşənbə, Bakı vaxtı 01:57

Ermənistanda etiraz aksiyası keçirilib


Yerevanda etiraz aksiyası

Ermənistanda bir sıra ekoloji təşkilatların nümayəndələri və ictimai fəallar iyulun 5-də parlament binasının qarşısında Sevan gölündən əlavə su götürülməsi ilə bağlı qanun layihəsinə etiraz olaraq aksiya keçiriblər.

Söhbət il ərzində göldən əlavə 100 milyon kub metr su götürülməsindən gedir.

Ekoloqlar hesab edir ki, hakimiyyət sadəcə bununla “Sevan-Razdan” su elektrik stansiyasına əlavə gəlir gətirmək istəyirlər.

Aksiyaçılar deyir ki, bu gəlir kimlərinsə cibinə gedəcək.

Sevan gölü
Sevan gölü

Layihəyə əsasən stansiya bunun hesabına il ərzində əlavə 100 milyon kvt elektrik enerjisi istehsal edəcək.

Amma ekoloqlar hökumətin bu qənaətinə inanmır.

70-dən çox təşkilatın yaratdığı “SOS” təşəbbüs qurupu deyir ki, bu layihə gölün ekologiyasına ciddi ziyan vuracaq, çürümə prosesi başlayacaq və balıqlar məhv olmağa başlayacaq.

Deputatlardan heç biri etirazçıların qarşısına çıxmayıb.

Qeyd edək ki, Ermənistan parlamenti iyulun 5-də qanun layihəsini ilkin oxunuşda qəbul edib.

Hazırda Sevandan il ərzində 170 milyon kub metr su götürülür.

Yeni planda isə bunun 270 milyon kub metrə çatdırılması nəzərdə tutulur.

77 deputat qanun layihəsinin lehinə, 3-ü isə əleyhinə səs verib.

Sənədin əleyhinə yalnız müxalifətdə olan “Elk” blokunun deputatları səs verib.

Buna da bax: "Ermənistanda Sevanın müdafiəsinə qalxıblar"

Günün bütün mövzuları

XS
SM
MD
LG