Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:32

Ermənistanda Sevanın müdafiəsinə qalxıblar


Sevan gölü
Sevan gölü

Ermənistanda yerli ekoloqlar hesab edir ki, hər il Sevan gölündən əlavə 100 milyon kubmetr su götürülməsinin əsas məqsədlərindən biri Rusiya kapitalı ilə işləyən Su Elektrik Stansiyası-nı əlavə gəlirlə təmin etməkdir.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, təxminən 50 təşkilatın yaratdığı “SOS Sevan” təşəbbüs qrupubuna görə etiraz aksiyası keçirmək və hökumətin bu planını əngəlləmək istəyirlər.

Ekoloqların sözlərinə görə Sevandan buraxılan suyun yalnız çox kiçik bir qismi fermerlərə çatır.

“Sevan-Razdan” kompleksindən buraxılan suyun norması 7 milyon kub metr olduğu halda, indi bəlli olub ki, bu 7 yox, 18 milyon kub metrdir. Belə çıxır ki, hər il 42,7 milyon kubmetr su itirilir”, təşəbbüs qrupunun üzvü deyir.

Amma qanun layihəsinin müəllifi və Dövlət su təsərrüfatı komitəsinin sədri Arsen Arutyunyan deyir ki, Sevandan əlavə su götürülməsi nəticəsində 100 milyon kilovat əlavə elektrik enerjisi istehsal olunacaq və milli sərvət hesabına əldə olunan bu gəlir Rusiya şirkətinə yox, dövlətə gedəcək.

Ermənistan parlamenti gələn həftə növbədənkənar iclasda bu məsələni müzakirə etməlidir.

Layihədə, yaxın illərdə Ermənistanda "Sevan" kimi tanınan "Göycə" gölündən illik 170 milyon kubmetr əvəzinə, 270 milyon kub metr su buraxılması nəzərdə tutulur.

Sevan gölü
Sevan gölü

Ekolqlarlayerli sakinlər deyirlər ki, hökumət layihəni hazırlayanda onların fikrinə məhəl qoymayıb.

Ekoloqlar hesab edirlər ki, layihənin reallaşması nəticəsində Sevan ekoloji faciə ilə qarşılaşacaq, çürümə prosesi başlayacaq və balıqlar yoxa çıxmaq təhlükəsi ilə üzləşəcək.

Yerli sakinlərin fikrincə Sevandan əlavə su çəkməkdə məqsədlərdən biri də sahilboyu məmurlara məxsusdəbdəbəli evlər və hotelləri xilas eləməkdir.

Su təsərrüfatı komitəsinin rəhbəri isə deyilənləri inkar edir, deyir ki, onlar bunu edəndə məhz fermerlərin maraqlarını rəhbər tutublar.

Arutyunyan həmçinin deyir ki, Sevandan əlavə su götürülməsinə baxmayaraq gölün səviyyəsi qalxmaqda davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG