Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 22:06

Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqları ərəfəsində izlənməli dörd məqam


Fevralın 28-də Ağ evdə keçirilən görüşdə tərəfləq arasında qızğın mübahisə yaranıb
Fevralın 28-də Ağ evdə keçirilən görüşdə tərəfləq arasında qızğın mübahisə yaranıb

Ötən ay Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri çərçivəsində onun Ağ Evdə ABŞ prezidenti Donald Trampla gərgin görüşü oldu. Tramp ukraynalı həmkarına "hazırda sənin kartların yoxdur" demişdi.

Trampın bu şərhi Rusiyanın döyüş meydanında qazandığı üstünlüklər və müharibəyə son qoymağa can atan Ağ Evin diplomatik səyləri fonunda Kiyevin zəif mövqedə olduğuna işarə edirdi.

Martın 10-da Zelenskinin Səudiyyə Ərəbistanına səfəri başlayıb. Martın 11-də isə ukraynalı nümayəndə heyəti ABŞ rəsmiləri ilə mümkün sülh sazişi barədə həlledici müzakirələr aparacaq və burada Kiyevin əlindəki kartlar tam şəkildə görünəcək.

"Masada ən zəif mövqe Ukraynanındır", - deyə Xarici Əlaqələr Şurası (Council on Foreign Relations) təhlil mərkəzinin prezidenti Maykl Froman bildirib.

"Tramp və onun nümayəndələri açıq şəkildə göstəriblər ki, Vaşinqton Kiyevə qeyri-müəyyən müddətə qədər dəstək vermək niyyətində deyil", - o, sözlərinə əlavə edib.

Fevralın sonunda Ağ Evdə həmin gərgin görüşdən sonra Vaşinqton Ukraynaya təzyiqləri artırıb, hərbi yardıma fasilə verib və bu ölkə ilə kəşfiyyat məlumatlarının paylaşımını dayandırıb. Bundan əlavə, ABŞ və Ukrayna arasında vacib strateji minerallar sazişi hələ də imzalanmayıb.

Tramp danışıqlara nikbin yanaşdığını bildirərək jurnalistlərə açıqlamasında, "inanıram ki, bu həftə böyük irəliləyiş əldə edəcəyik", – deyib. Ukrayna dövlət başçısı Zelenski isə Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl, "sülh naminə işimizi davam etdirəcəyik", – söyləyib.

Mayk Fromanın fikrincə, indi yeni mərhələ başlayır: “Ukraynanın həm ABŞ, həm də Rusiya qarşısında son xətti nədir? Tramp yalnız istənilən bir sazişi deyil, ədalətli və dayanıqlı sülh yaradacaq bir razılaşmanı əldə etmək üçün Amerikanın hansı kartlarını riskə atmağa hazırdır?".

Volodimir Zelenskini Ciddədə Məkkə qubernatorunun müavini şahzadə Bədr bin Sultan bin Əbdüləziz qarşılayıb.
Volodimir Zelenskini Ciddədə Məkkə qubernatorunun müavini şahzadə Bədr bin Sultan bin Əbdüləziz qarşılayıb.

Danışıqlarda kimlər olacaq?

Səudiyyə Ərəbistanında keçiriləcək bir günlük danışıqlar Zelenskinin Ağ Evə gərgin səfərindən sonra Ukrayna və ABŞ rəsmiləri arasında ilk görüş olacaq.

Bu görüş, həmçinin Kiyevin iştirakı olmadan ABŞ və Rusiya rəsmilərinin Ər-Riyaddakı danışıqlarından təxminən bir ay sonraya təsadüf edir.
Ukrayna prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşəcək.

Martın 11-də amerikalı həmkarları ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinə Zelenskinin aparat rəhbəri Andriy Yermak, Ukraynanın xarici işlər naziri Andriy Sıbiha və müdafiə naziri Rustem Umerov daxildir.

ABŞ-Ukrayna danışıqları Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq. ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Nümayəndə heyətinə Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolts da daxildir.

Ər-Riyad danışıqlarında iştirak edən Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoffun da iştirak edəcəyi gözlənilirdi. Lakin son məlumatlara görə, o, Qəzza zolağında İsrail-HƏMAS arasında kövrək atəşkəslə bağlı danışıqlar aparmaq üçün Qətərə gedə bilər.

ABŞ danışıqlarda Ukraynadan nə istəyir?

Tramp bildirib ki, Ukraynanın canlı qüvvəsi və resursları tükənir və bu ölkə tez bir zamanda Rusiya ilə danışıqlar masasına oturmalıdır.

Ciddə danışıqlarında diqqət mərkəzində ABŞ və Ukrayna rəsmilərinin hansı sülh prosesinin mümkünlüyün qiymətləndirməsi olacaq.

Ötən həftə Uitkoff bildirmişdi ki, danışıqlar zamanı mümkün atəşkəs və sülh sazişi üçün bir “çərçivə” müzakirə etməyi ümid edir.

ABŞ rəsmiləri həmçinin Kiyevin hansı məsələlərdə güzəştə getməyə hazır olduğunu öyrənməyə çalışacaqlar. 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən bəri Kiyev bütün ərazilərinin geri qaytarılmasını və Rusiya qüvvələrinin tamamilə geri çəkilməsini tələb edib.
Tramp və digər ABŞ rəsmilərinin şərhləri göstərir ki, Ağ Ev Kiyevin bu mövqeyini real hesab etmir.

Sülh prosesinin mərhələli şəkildə irəliləməsi də müzakirə mövzusu ola bilər. Buraya etimad mühitinin yaradılması üçün ilkin atəşkəs, əsir mübadiləsi və müəyyən bir mərhələdə Ukraynada seçkilərin keçirilməsi kimi məsələlər daxil ola bilər.

Vladimir Putin "Uralvaqonzavod" zavodunda.
Vladimir Putin "Uralvaqonzavod" zavodunda.

Danışıqlardan əvvəl Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Serhiy Leşçenko jurnalistlərə bildirib ki, Kiyev hava və dəniz hücumlarını əhatə edəcək qismən atəşkəs rejimini qəbul etməyə hazırdır.

"Atəşkəs istəyirsinizsə – biz hazırıq", – o, martın 10-da bildirib. "Lakin, quruda deyil, çünki burada [Rusiya Prezidenti Vladimir] Putin bir neçə ay atəşkəsi qəbul edəcək: yaralıları müalicə edəcək, Şimali Koreyada piyadalar yığacaq və sonra bu müharibəni davam etdirəcək".

Ukraynanın güzəştləri qarşılığında Tramp administrasiyası hərbi yardım axınını və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edə bilər.

Tramp martın 9-da deyib ki, ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi üçün tətbiq etdiy fasiləni “az qala” dayandırıb və bu fasilənin Səudiyyə Ərəbistanındakı müsbət danışıqlardan sonra tamamilə aradan qaldırıla biləcəyini göstərir.

Ukraynanın hər hansı bir sövdələşmə gücü varmı?

Zelenski, hər hansı bir sülh danışıqları başlamazdan əvvəl güzəştlər etməsi üçün ABŞ-ın ciddi təzyiqlərinə məruz qalıb. Zelenski isə Kiyev üçün güclü təhlükəsizlik zəmanətləri tələb edir.

Ciddə görüşündə ABŞ və Ukrayna arasında nadir torpaq mineralları ilə bağlı müqavilənin taleyi də diqqət mərkəzindədir. Kiyev Ukraynanın müəyyən mineral ehtiyatlarına çıxış qarşılığından ABŞ-dən açıq-aydın təhlükəsizlik zəmanətini istəyir, Vaşinqton bu tələbi rədd edib.

Bu razılaşma Zelenskinin Vaşinqtona etdiyi səfər zamanı dondurulmuşdu, lakin hər iki tərəf sazişi imzalamağa yenidən hazır olduqlarını ifadə edib. Gələcək danışıqlardan əvvəl Tramp, Ukraynanın bunu imzalayacağını düşündüyünü bildirib.

Xüsusi nümayəndə Kelloq, bunun Kiyevin ən yaxşı seçimi ola biləcəyini qeyd edib:

"Əgər ABŞ-nin Ukraynada birbaşa iqtisadi marağı varsa, o zaman öz iqtisadi maraqlarını qorumaq üçün də birbaşa və şəxsi marağı var – bu, faktiki olaraq, Ukrayna üçün faktiki… təhlükəsizlik zəmanəti rolunu oynayır".

Bəs Rusiya?

Bu dəfə Rusiya Səudiyyə Ərəbistanındakı danışıqlarda iştirak etməyəcək, amma Moskvanın nəyi güzəştə getməyə hazır olduğu – əgər varsa – ABŞ-Ukrayna görüşlərindən asılı olan sualdır.

Zelenski rusiyalı həmkarı Putinin sülh istəmədiyini bildirib və Rusiya liderinin əvvəlki atəşkəs razılaşmalarını pozduğunu vurğulayıb.

Ukraynanın avropalı müttəfiqləri Kiyevin yalnız güc mövqeyindən çıxış edərək Rusiya ilə razılaşma əldə edə biləcəyini və Ukraynanın danışıqlar masasına tələsməməli olduğunu bəyan edib.

Bu yanaşmalara baxmayaraq, Ukrayna kompromisə getmək üçün təzyiq altındadır və ABŞ-nin Moskvanı da güzəştə getməyə sövq etmək üçün hər hansı müvafiq addım atıb-atmadığı açıqlanmır.

Keçmiş prezident Corc Buşun Milli Təhlükəsizlik Şurasının Rusiya məsələləri üzrə keçmiş direktoru Tomas Qrem deyib ki, "Kreml münaqişənin dayandırılması ilə bağlı maksimal tələblərindən geri çəkilməyib".

Moskva Ukraynanın NATO-dan kənarda saxlanması, işğal etdiyi Ukrayna ərazisinin tanınması, Ukraynanın demilitarizasiyası və Qərbin Rusiya iqtisadiyyatına qarşı sanksiyalarının ləğvi üçün səylərini davam etdirir.

"Kreml Ukraynanın mövqeyini sarsıdan daha ardıcıl addımları alqışlayır, məsələn, ABŞ-nin Ukraynaya silah göndərilməsini dayandırmaq qərarını, Kremlin sözçüsü “sülh işinə ən yaxşı töhfə” adlandırıb", - Qrem xatırladıb.

XS
SM
MD
LG