Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 08:22

KİV: Jeff Sessions baş prokuror vəzifəsindən gedə bilər


Jeff Sessions

ABŞ prezidenti Donald Trump baş prokuror vəzifəsinə Nyu-Yorkun keçmiş meri Rudolph Giuliani təyin edə bilər. Bu barədə Amerika saytı Axios yazır. Hazırda ölkənin baş prokuroru Jeff Sessions-dır.

“The New York Times” yazır ki, Trump Sessions-ı baş prokuror təyin etdiyinə görə “peşmandır”. Qəzetə müsahibəsində Trump özü bildirib ki, əgər Sessions-ın ABŞ seçkisində Rusiyanın müdaxiləsi ilə bağlı istintaqdan çəkindiyini bilsəydi, onu heç vaxt bu vəzifəyə təyin etməzdi. Bundan öncə bildirilib ki, Trump-ın tənqidinə baxmayaraq, Sessions vəzifədən getmək fikrində deyil.

Martda Sessions ötən ilki prezident seçkisinə Moskvanın müdaxiləsi ilə bağlı istintaqı aparmaqdan imtina edib. Öz qərarını baş prokuror KİV-in təzyiqi ilə bağlayıb. Yerli mətbuat üzəçıxarıb ki, baş prokuror o zaman Rusiya Federasiyasının ABŞ-dakı səfiri Sergei Kislyak-la görüşüb, halbuki Senatın Komitəsi qarşısında dinləmələr zamanı Kreml təmsilçiləri ilə görüşmədiyini demişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG