Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:02

Bosniyalı deputat ermənilərdən rüşvət təklifi aldığını deyir [VIDEO]


AŞPA-da yeni Azərbaycan qalmaqalı
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

AŞPA-da yeni Azərbaycan qalmaqalı

Qarabağda erməni silahlı qüvvələrinin nəzarət etdikləri Sərsəng su anbarına dair qətnaməni hazırlayan Bosniyalı deputatlar korrupsiya ittihamları ilə üzləşiblər.

Yerli media yazır ki, Avropa Şurasında həmin hesabatı hazırlayan 3 deputatın, o cümlədən Bosniyadan olan deputat Milica Markovicin Bakı ilə gizli əlaqələrini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Bosniayanın xarici işlər naziriliyi AzadlıqRadiosunun Balkan xidmətinin sorğusuna cavabında bildirib ki, bir neçə əvvəl yaradılan qrup 2018-ci il apreldə öz hesabatını təqdim etməlidir. Nazirlik həmin hesabat yayılmayınca deputatların korrupsiyada ittiham olunmasını yolverilməz sayır.

Məlumatda adı çəkilən, Avropa Şurasında Bosniya təmsilçisi olan Milica Markovic isə AzadlıqRadiosunun Balkan xidmətinə müsahibəsində ittihamları rədd edib. Deputat bildirir ki, əksinə, o, Ermənistan tərəfdən lobbiçilik cəhdləri ilə üzləşib:

Bu iddialar Ermənistan nümayəndə heyəti tərəfindən qızışdırılıb, çünki qətnamə onları qane etmirdi. Onlar mənim məruzəçi olmağıma, ümumilikdə bu problemin araşdırılması üçün məni məruzəçi təyin etmiş Sosial İşlər Komitəsinin fəaliyyətlərinə maneçilik törədirdilər.

Əgər onlar öz ölkələrinə aid hesabatın hazırlanmasında mənimlə, başqa nümayəndə heyətlərinin etdiyi kimi, əməkdaşlıq edib birlikdə işləsəydilər, bu qətnamə yəqin ki, daha yaxşı olardı və onlar da bundan razı qalardılar.

Odur ki, bütün bu əhvalat və kampaniya onlardan gəlir. Əlbəttə, mənim də onlardan gördüyüm təzyiqlər, məni lobbi etmək üçün əl atdıqları işlər, mənə nələr təklif etdikləri, məni öz tələblərinə tabe etdirmək üçün üstümə necə adamları göndərdikləri, qətnaməyə özlərinin yazdıqları mətnin daxil edilməsini tələb etdikləri və bu mətnin arxasında duracaqları barədə vədləri barədə kifayət qədər informasiya və arqumentlərim var və lazım gələrsə bu barədə Parlament Assambleyasına məlumat verə bilərəm.

Mən bunları qəbul edə bilməzdim və bu işdə korrupsiyalı olanlar və qanunsuz iş görənlər varsa, o da Ermənistan nümayəndə heyətidir. Onlar cəhd göstərdilər, amma bacarmadılar və nəticə indiki qətnamə oldu. İndi onlar bu qətnamədən narazıdırlar və mənə qarşı ittihamlar da burdan başlanıb.

Mən bu qətnaməni və hesabatı Sosial İşlər Komitəsi ilə birlikdə hazırlamışam. Bu işi mənə onlar həvalə etmişdilər və mənim yazdıqlarım ilkin olaraq onlar tərəfindən səsə qoyularaq qəbul edilib. Qətnaməyə təklif edilən düzəlişləri də bu komitə rədd edib. Daha sonra Parlament Assambleyası bu hesabata səs verib.

Mən o vaxt heç bilmirdim ki, hesabat səs çoxluğu ilə qəbul olunub. Bəzi həmkarlarım mənə deyirdilər ki, mənim hesabatım qəbul olunmaya da bilər, amma mən işimi davam etdirməliyəm.

Əgər məlum olsa ki, bu təhqiqat sizi də araşdırmalıdır, onda komissiya ilə əməkldaşlıq edəcəksinizmi?

Əlbəttə edəcəyəm və əgər məndən informasiya və ya müəyyən məlumatlar istənsə, bu informasiyaları verəcəyəm və bütün bildiklərimi deyəcəyəm.

Hələlik Avropa Şurasında Ermənistan nümayəndələrindən bu ittihamlarla bağlı hər hansı bir reaksiya yoxdur.

Avropa Şurasında 2016-cı ilin yanvarında qəbul edilən qətnamədə qeyd edilir ki, erməni qüvvələri Sərsəng su anbarından istifadə edərək Azərbaycanın yaşayış məskənlərini qəsdən sudan məhrum edir: “Anbarının uzun müddət baxımsız qalması yeni humanitar böhrana səbəb ola bilər.” – deyə sənəddə bildirilir.

Sözü gedən Qətnamənin 7-ci maddəsində yaranmış böhranla əlaqədər Ermənistan silahlı qüvvələrinin bu regiondan çıxarılması, su anbarının texniki araşdırılması üçün müstəqil mühəndis və hidroloqların gətirilməsi və Sərsəng su anbarında qlobal menecmentin bərqərar edilməsi tələb olunur.

Həmin maddədə Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və təzyiq aləti kimi istifadə edilməsinə son qoyulması tələb edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG