Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 00:10

Azərbaycan və Rusiya birgə təlimlər keçirə bilər


Bakıda səfərdə olan Rusiyanın Müdafiə naziri Sergei Shoigu (solda) prezident İlham Əliyevlə görüşərkən, 14 avqust 2016
Bakıda səfərdə olan Rusiyanın Müdafiə naziri Sergei Shoigu (solda) prezident İlham Əliyevlə görüşərkən, 14 avqust 2016

Avqustun 15-də Müdafiə naziri Zakir Həsənov Azərbaycanda səfərdə olan Rusiyanın Müdafiə naziri Sergei Shoigu ilə görüşüb. Görüşdə Xəzərdə birgə hərbi təlimlərin mümkünlüyü ətrafında da fikir mübadiləsi aparılıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, görüşdə Zakir Həsənov Dağlıq Qarabağ münaqişəsi, doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin problemlərini qonaqların diqqətinə çatdırıb.

Mətbuat xidmətinin bildirməsinə görə, S.Shoigu da deyib ki, Rusiya Azərbaycanın vacib tərəfdaşıdır. O, iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.

“Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, Xəzər dənizində hərbi əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi və maraq doğuran digər məsələlər barədəgeniş fikir mübadiləsi aparıblar ”- deyə məlumatda qeyd edilir.

Rusiya Müdafiə naziri S. Shoigu avqustun 14-də Azərbaycana gəlib. O, avqustun 14-də prezident İlham Əliyevin qəbulunda olub.

Sergey Şoyqunun səfərinin avqustun 15-də başa çatacağı bildirilir.

XS
SM
MD
LG