Prezidenti İlham Əliyev avqustun 14-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzərTAC xəbər verir ki, prezident İlham Əliyev görüşdə Rusiya dövlət başçısı Vladimir Putinin avqustun 8-də Azərbaycana son səfərini xatırladıb. O qeyd edib ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir.
İ. Əliyev həmçinin vurğulayıb ki, Rusiya Müdafiə nazirinin Azərbaycana səfəri hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılmasına töhfə verəcək.
Buna da bax: Çarın forpostu Gümri... (Qafqazda Rusiya bazalarının xəritəsi)
Xəbərdə qeyd edilir ki, S. Şoyqu da öz növbəsində iki ölkə arasında münasibətləri yüksək dəyərləndirib.
Rusiya Müdafiə naziri S. Şoyqu avqustun 14-də Azərbaycana gəlib.
Avqustun 15-i başa çatacaq səfər çərçivəsində Sergey Şoyqunun azərbaycanlı həmkarı Zakir Həsənovla da görüşü gözlənilir.
Görüşdə hərbi-texniki əməkdaşlıq, o cümlədən Dağlıq Qarabağ probleminin müzakirə olunacağı gözlənilir.
Buna da bax: Buna da bax: Rusiyanın ən uzunömürlü siyasiləri